Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı ölkə həyatında mühüm hadisədir

Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban Əliyeva Qurultayın işində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.

Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.

Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib.

Qəbul edilmiş qərara əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiqlənib.

Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.

***

Prezident İlham Əliyevin qurultaydakı giriş və yekun nitqlərində YAP-ın yaranması tarixinə, bunu zəruri edən amillərə toxunulub. Qeyd olunub ki, həmin illər ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasınıtarixi zərurətə çevirmişdi.

O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar-məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. YAP-ın təsis qurultayının Naxçıvanda keçirilməsi səbəbi odur ki, Bakıda imkan verilməmişdi.

1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş-1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.

Qurultayda son 17 ilin uğurları sadalanmış, 2003-cü ildə xalqın Heydər Əliyev siyasətinə səs vermməklə Prezident İlham Əliyevə etimad göstərdiyi vurğulanmışdır. Azərbaycan son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atıb.

Prezident İlham Əliyev bu illər haqqında demişdir: “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.”

Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

“Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.”-söyləyən Prezident İlham Əliyev  Azərbaycan xalqı bu Qələbəni əsrlərboyu öz ürəyində, qəlbində yaşadacağını, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbənin olmadığını diqqətə yetirmişdir.

Qurultay Azərbaycanın yeni dövrə qədəm qoyduğunu, konseptual nöqteyi-nəzərdən bütün baxışların yerində olduğunu bəyan etmişdir. Yeni dövrdə siyasi dialoqdaha da dərinləşdirilməlidir. Müharibədən əvvəl başlamışsiyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şuraistisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub.

Bu gün siyasi dialoqun üstünlüyü ondadır ki,heç bir kənar müdaxilə olmadan keçirilir.1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi.

Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir.

Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır.YAP üzvlərini də ölkə daxilində heç bir siyasi qurumla heç bir problem olmadığını nəzərə almağa dəvət edir. İstisnaantimilli ünsürlərdir.Çünki onlar satqınlardır, xaindirlər, təlimatları xaricdən alırlar. Camaatı çaşdırmaq üçünonlarşanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Ermənistanda müharibədən əvvəl sonra aparılmış həbslərə Qərb heç bir reaksiya vermir. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib.Bu durumda vaxtilə Paşinyanı nümunə gətirən”Milli Şura” üzvlərinin susması da ikiüzlülük kimi qınanmalıdır.

Antimilli ünsürlərin məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən-Qarabağın azad olunması hədəfindən yayındırmaq olub.

Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb.

Hakim partiya bütün digər siyasi qurumlarla əməkdaşlıq edir və edəcək.

Qurultayın ölkə ictimaiyyətinə əsas mesajları:

1)YAP bəzi partiyaları özünə birləşdirdi. Həmin partiyaların üzvlərinin sayı mühüm deyil, mühüm olan odur ki, cəmiyyətəYAP-ın qapılarının konstruktiv qüvvələrə açıq olması, milli həmrəylik mesajları verildi;

2)Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü,milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını elan edir;

3) QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, yeni nəsil tanınan və tanınmayan siyasətçilərin rəhbərliyə gətirilməsi daxili atmosferin zənginləşməsinə xidmət edəcək;

4)Siyasi Şura ləğv edildi, qarşılığında İdarə Heyəti genişləndirildi. Bu, partiyanın strukturu baxımından daha çevik qərarlar çıxarılmasına yardım edəcək;

5) Partiyada birinci müavin postu təsis olundu və bu post ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olundu. Hakim partiya olaraq YAP özünü dövlət sisteminə uyğunlaşdırdı;

6)VII qurultay köhnə və yeni nəsil siyasətçilər arasında balansın qorunması, yeni dövrə ağrısız keçidin təmin edilməsi baxımından ideal düstur təqdim edə bildi. Partiya yeniləndi, eyni zamanda qurucularla yeni nəsil arasında rabitə itirilmədi, Veteranlar Şurası yaradıldı;

7)Prezidentin çağırışları, yeni proqramla, gənclərlə bağlı tövsiyələri göstərir ki, yenilənmə davam edəcək, YAP yarandığı dövrdəki qədər aktiv bir təşkilata çevriləcək. O zaman ölkəni xilas missiyasını daşımış partiya bu gün Azərbaycanın bölgədəki missiyasına öz töhfəsini verməlidir;

8)Prezident İlham Əliyev islahatları sürətlə həyata keçirmək üçün YAP-ı yenilədi;

9)Prezidentin YAPfəallarından, hətta veteranlardan da gözlədiyi daha fəal olmaq, kabinetlərdən əhali arasına çıxmaqdır, iqtidara real dəstək verməkdir;

10)Ulu Öndərin rolu, 90-cı illərin xəyanətləri, son 17 ildə əldə edilmiş iqtisadi-diplomatik-siyasi uğurlar, İkinci Qarabağ müharibəsində diplomatik və hərbi cəbhənin mübarizəsi dərsliklərə salınmalı, tarixdə yaşadılmalıdır.