Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir

Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir

 

Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi bunu bir daha sübut edir.

Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin və onlarının rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.Müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.

Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi bunu bir daha sübut edir.

Ramanı kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.

Qəsəbədəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib. Uşaq bağçası, 1200 yerlik məktəb inşa edilib, yaşayış üçün bütün imkanlar var. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.

Mənzillərin təqdim olunması mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi.  Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq;

Dövlət başçısı Azərbaycan gənclərinin Vətən Müharibəsində böyük şücaət nümayiş etdirdiklərini söyləmiş, o cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclərin torpaqları uğrunda aslan kimi vuruşduqlarını diqqətə çatdırmışdır:- Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Ordu quruculuğu məsələlərinin daim diqqət mərkəzində qalacağını, Azərbaycan ordusunun bundan sonra da güclənəcəyini söyləyən ölkə rəhəbəri yeni müqavilələr imzalandığını, ən müasir silahlar alınaraq gətirildiyini bəyan etmişdir:- Dünyada hansı müasir silah varsa, onların alınması üçün də müqavilə imzalanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha çevik, daha döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır.

Prezidenti İlham Əliyev mərasimdəki nitqində həmçinin dövlətimizi qonşu respublika ilə müqayisə etmiş, bəzə qarşı məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrin xəyanətkar planları haqqında danışaraq ölkəmizin belə təxribatlara yol verməyəcəyini vurğulamışdır:-Azərbaycan məsuliyyətli ölkədir. Azərbaycan ordusu erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədi. Bizi buna təhrik etmək istəyirdilər. Əgər ordumuz Ermənistan ərazisinə keçsəydi vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncə,Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı.

Ermənistandakı böhran getdikcə dərinləşir. Ermənistanda böhran hökm sürür, iqtisadiyyat tənəzzülə uğrayıb, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər.

Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir.