Fransalı qonaqlar rayonumuzda

Oktyabrın 29-da Fransa Respublikasından Azərbaycana gəlmiş nümayəndə heyəti: Fransanın Nior şəhərinin meri Jeneviev Qoyar, Nior şəhərinin merinin birinci müavini Paskal du Forestel, Mejev şəhərinin meri Silviyan QroseJanna, Mejev şəhərinin kabinetinin rəhbəri Benoa Raviks, Dosevr vilayəti Ali Şurasının üzvü Jan Luk Dropo və onun xanımı Bricid Dropo rayonumuzda olmuşlar.

 Qonaqları səfərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və səfirliyin müşaviri Elmar Məmmədov müşayiət edirdilər.

 Fransalı qonaqlar Qusar şəhər Bayraq meydanında, Heydər Əliyev Mərkəzində, Rəsm Qalereyasında olaraq rayonumuzun tarixi, bu günü haqqında məlumatlar almış, Aladaş massivində tikilənŞahdağqışyay turizm kompleksinin tikintisinə baş çəkərək burada yerli və xarici turistlər üçün yaradılan şəraitlə maraqlanmışlar.

 Nümayəndə heyətini mehribanlıqla qəbul edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov respublikamızınŞimal qapısısayılan rayonumuz haqqında, burada aparılan abadlıqquruculuq işləri barədə qonaqlara müfəssəl məlumat vermişdir.            

 Fransalı qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.