Prezident İlham ƏLİYEV: “Qarabağı cənnətə çevirəcəyik!”
Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərlərində bir sıra infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimində iştirak etmişlər.
Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir. Dövlət başçısının göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Erməni işğalından azad olunmuş ərazilərdə onun birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.
İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyasıinşa edilib. Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa ediləcək insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq.
Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb.
Minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyanqiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.
Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq. Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür.
Prezident Qarabağın yağı əli ilə tar-mar edilmiş kəndlərindən keçdikcə diqqəti bir daha erməni vəhşiliyinə yönəltdi. Bu yerləri cənnətə çevirəcəyimizi və burada əbədi yaşayacağımızı dünyaya bir daha bəyan etdi: “Bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.”
Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər. Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır.
Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində-dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını – Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb.
Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Artıq 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib.
Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.
Səfər çərçivəsində Prezident ailə üzvləri ilə Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində oldular. Erməni vandalları burada da ekoloji terror törədiblər, meşəlik ərazinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Dövlət başçısı, birinci xanım və qızları Leyla Əliyeva Bəsitçay qoruğunda çinar ağacları əkdilər.
Azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Buralarda su, günəş, külək enerjisindən istifadə olunacaq. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.
Dövlət başçısının səfərr tədbirlərdən biri Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması oldu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti mühüm strateji əhəmiyyət daşıyacaq, çünki azad edilmiş torpaqlara həm vətəndaşların gəliş-gedişinə, həm də yüklərin aparılıb-gətirilməsinə xidmət edəcək. Eyni zamanda daha bir mühüm məsələ də həllini tapacaq: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqəsi yaranacaq. Beləliklə, həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək. Həmçinin bu nəqliyyat infrastrukturu Türkiyəyə qədər uzanacaq və Bakı-Tbilisi-Qars dəmir yolundan başqa Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci polad magistral şəbəkəsi olacaq. Təsadüfi deyil ki, region ölkələri də bu yolun tikintisinə böyük maraqla yanaşırlar və layihəyə öz müsbət münasibətlərini bildiriblər.
Dövlət başçısı bu layihənin perspektivlərini qeyd edərək demişdir: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.
Səfər zamanı çıxışlarında bir sıra mühüm bəyanatlar səsləndirən ölkə rəhbəri keçmişin səhvləri, AXC-Müsavat cütlüyünün bu satqınları, Ermənistanda baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışan revanşist qüvvələr haqqında qəti mövqeyini açıqlaşmışdır. “Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın.”- söləyən Prezident İlham Əliyev çıxışını “heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”-sözləri ilə bitirmişdir.