Gələn ilin məhsuluna bünövrə

Tarlalarda, zəmilərdə qızğın davam edir. Payızın barı yığılır, gələn ilin məhsulu üçün bünövrə qoyulur.

Əlbəttə, şumun da səpinin də aqrotexniki müddətdə başa çatdırılması texniki təchizat və kondisiyalı toxum materialından çox asılıdır. Vaxtilə taxıl yetişdirməklə məşğul olan fərdi təsərrüfat və fermerlərin səpində işlətdiyi toxumluq material eyni sortdan olmadığı kimi, müxtəlif regionlardan gətirilirdi. İndi bir neçə fermer sırf toxumluq taxıl istehsalı ilə məşğuldur və kənd əməkçilərinin seçim imkanları çoxdur.

 Səpin vaxtı fermerlərin işlətdikləri yanacaq, sürtkü materialları və yemləmə gübrələrinə xərclənmiş məsrəflərin dövlət tərəfindən subsidiyalaşdırılmasının məntiqi nəticəsidir ki, rayonda taxılçılığa maraq ilbəil yüksəlir.

 Rayon statistika idarəsinin aparıcı mütəxəssisi Əhmədəli Balakişiyevdən aldığımız məlumatdan göründüyü kimi fərdi torpaq sahibləri və fermer təsərrüfatları 21 min hektarda payız şumunu başa çatdırmış, 17 min hektarda isə səpin aparmışlar. Bunun 13 min hektarı buğdasabahın çörəyidir.

 Payız əkinində 1800 hektarda səpin aparmış Balaqusar, Piral (1600 hek.), Hil (1300 hek.), Gədəzeyxür (1100 hek.), Yuxarı Zeyxür (950 hek.), Quxuroba (850 hek.) İƏ dairələrinin fermerləri fərqlənirlər.

                                      “Qusar