Ölkənin simvolu və Ana kitabı

Noyabr ölkəmizin tarixində əlamətdar təqvimlərlə zəngin aydır. 1995-ci il noyabrın 12-də müstəqil, suveren Azərbaycan özünün Konstitusiyasını qəbul etmiş və bununla da respublikamızda dövlət quruculuğunun hüquqi əsası qoyulmuşdur.

Konstitusiya ölkənin əsas qanunlar toplusudur. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Həmişəki kimi, Konstitusiya günü rayonumuzda bu il də müxtəlif tədbirlərlə qeyd edilmişdir.

Heydər Əliyev Mərkəzində 9 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Cününə həsr edilmiş tədbir keçirilmişdir. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə rayon prokurorluğunun müstəntiqi Azad Əliyev, RTŞnin metodisti Kamran Tahirov, Balaqusar kənd orta məktəbinin tarix əllimi Ceyhun Ağabəyov, əllimlər və şagirdlər iştirak etmişlər.

Mərasim iştirakçılarını salamlayaraq bayramlar münasibətilə təbrik edən mərkəzin direktoru Neva Abdurahmanova Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki bayrağın 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyini bildirmişdir:

Hər bir azərbaycanlının borcudur ki, həmişə azərbaycançılıqvətənpərvərlik ideyalarına sadiq qalsın, bayrağımızın şərəfini hər yerdə qorusun, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasına nail olsun.

Daha sonra söz alan rayon prokurorluğunun müstəntiqi Azad Əliyev və pedaqoq Ceyhun Ağabəyov Dövlət bayrağı və Konstitusiya gününün yaranma tarixləri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişlər. Onlar milli bayrağınmənəvi, siyasi, ideoloji baxımdan hər bir dövlətin və millətin simvolu, onların mövcudluğunu göstərən rəmz olduğunu bildirmiş, həmçinin üçrəngli, ayulduzlu Azərbaycan bayrağının möhtəşəmliyi iləGinnesin rekordlarıkitabına düşdüyünü qeyd etmişlər.

Tədbirin sonunda 3 saylı bağçada tərbiyə alan uşaqlar, şəhər məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, mahnılar oxumuşlar.