Ekoloji maarifləndirməyə diqqət

Noyabrın 7-də şəhər 2 saylı tam orta məktəbinin akt zalında Respublika Ekoloji Tərbiyə və Təcrübəcilik Mərkəzinin təşkil etdiyiMeşələrin qorunmasında məktəblilərin ekoloji maarifləndirilməsinin rolumövzusunda seminar keçirilmişdir.

Tədbirdə Respublika Ekoloji Tərbiyə və Təcrübəcilik Mərkəzinin (RETTMnin) direktor müavini Lalə Dadaşova, RTŞnin əməkdaşları, Qusar Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Murad Musayev, meşə təsərrüfatı idarəsinin baş meşəbəyisi Eldar Əmirbəyov, şəhər 2, 3, 4 saylı, Urva, Cağar, Şirvanovka məktəblərinin biologiya əllimləri iştirak etmışlər.

Seminarı RETTMnin direktor müavini Lalə Dadaşova açaraqƏhalinin ekolojı təhsili və maarifləndirilməsihaqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsinin vəziyyəti mövzusunda məruzə etmişdir.

Məruzəçi vətəndaşların, həmçinin məktəbyaşlı yeniyetmə və gənclərin ekoloji maarifləndirilməsinin vacibliyinə xüsusilə diqqət yetirmişdir.

Sonra məruzə ətrafında tədbir iştirakçılarının çıxışları dinlənilmiş, mövcud ekologiya problemlərinin həlli yolları haqqında fikir mübadiləsi aparılmışdır.

Meşə təsərrüfatı idarəsinin nümayəndə Eldar Əmirbəyov öz çıxışında maarifləndirmə sahəsində məktəblilərə hərtərəfli köməklik göstəriləcəyini vurğulamışdır.

Ətraf mühitin mühafizəsinə həsr olunmuş seminar geniş diskussiya şəraitində keçmişdir.

Seminarın sonunda iştirakçılaraMəktəb meşəçiliyinin yaradılmasıadlı vəsait və digər əyani vasitələr təqdim olunmuşdur.

Səmayə Tağıyeva,

RTŞnin metodisti