Siz hər zaman bizimləsiniz!

Famil Pirvələdov

Bütün sərhədyanı kəndlərin uşaqları kimi hərb sənətinə Familin marağıda hələ məktəb illərində baş qaldırıb. Onun təhsil aldığı Yuxarı Zeyxür kənd orta məktəbinin şagirdləri müntəzəm olaraq həm təhsil ocağında, eləcə də zastavalarda sərhədçilərlə görüşür, tədbirlərə birgə qatılırdılar. Məktəbin Zeyxür komandası gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən həyatakeçirilən “Sərhəd” hərbi-idman oyunlarınında imi iştirakçısı, mükafatçısı olurdu. Komanda üç mərhələdə keçirilən hərbi idman oyunlarında 34 sərhədyanı və digər rayonların 178 məktəbinin 890 sagirdinin istirak etdiyi yarışda qalib adını qazanmışdı.

Məhz bunlara görə 2013- 2015-ci illər də keçən hərbi xidmət zamanı Famil bəzi yaşıdları kimi çətinliklə qarşılaşmadı, tərxis olunduqdan sonra MAXE kimi hərbi qulluğu davam etdirməyə başladı.

3 il yarım davam edən hərbi xidməti dövründə xeyli sayda fəxri fərmanlarla, kiçik çavuş rütbəsilə təltif olunan Famil Pirvələdovun ikinci Qarabağ savaşında döüyüş yolu cəmi 35 gün çəkdi, oktyabrın 31-də şəhid oldu.

Təkcə ata-anası, bacısı və qardaşı deyil, bütün kənd Familin zəfər əsgəri kimi, sağ-salamat dönməyini arzulayırdı. Amma…tale ona başqa yazı – Qələbə şəhidi olmaq yazısını yazıbmış.

Doğma torpaqda rahat uyu, əziz eloğlu!

Radik Vəlibəyov


Turac Həmzəyev

Hilobalı Suliddin kişinin kiçik oğlu, ailənin son beşiyi olan Turacın taleyi hələ uşaqlıqdan ağrılı, əzablı olmuşdu. Ev, ailə sahibi olmamış bir-birinin ardınca ata və anasını itirmişdi.

Kənddə, məktəbdə bu cılız, qaradinməz oğlanın xətrini çox istəyirdilər. Dərslərdə fəal olmasada, nizamlı, səliqəli, çalışqan idi. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini buraxdı, təsərrüfat işləri ilə məşğul olmağa, ailə büdcəsinə pay qatmağa, böyük qardaşlarına kömək etməyə başladı.

Turac hərbi xidmətə çağırılacağı günü səbirsizliklə gözləyirdi. Yox, buna rahatlıq hərb sənətinə sevgisindən irəli gəlmirdi. Yaşıdları bəstəboy, yüngülçəkili olduğuna görə onu hərbiyə yararsız sayacaqlarına inandırmışdılar. İradəcə möhkəm yeniyetmə idman edir, yeməyinə diqqət ayırırdı.

Səfərbərlik şöbəsindən çağırış vərəqini alanda sevinmişdi. Hərbi xidmətini iki il əvvəl başavuran Turac Vətən Müharibəsinədə könüllü getdi. Savaşın ilk günündən cəbhədə olan hilobalı gənc, demək olar, hər gün qardaşı ilə telefon əlaqəsi saxlayırdı. Sonuncu danışıqları ölümündən bir gün qabaq, oktyabrın 12-də olmuşdu. Turac Füzulinin Musabəyli kəndi uğrunda şiddətli döyüş getdiyini, dörd sinif yoldaşınında onunla birlikdə olduğunu bildirmişdi.

Səhərisi gün Turacın həlak oldluğu xəbəri gəldi. Şəhid şagirdimiz doğma kənddə böyük sayğı ilə dəfn edildi.

Ruhun dinclik tapsın, əzizbalamız.

Zeynəddin Muradov


Şixmir Ağamirov

Qusarlı Şixmir Qabil oğlu Ağamirov hərbin incəliklərini bilən, müasir döyüş texnikasına mükəmməl yiyələnmiş döyüşçü idi. 1990- cı ilin aprelində dünyaya göz açmış Şixmir orta təhsilini şəhər 6 saylı məktəbdə almışdı.

Ailənin üç oğlundan biri olan Şixmir hərb peşəsini seçmişdi. Həqiqi hərbi xidmətini başavurduqdan sonra gizirlik məktəbinə daxil olmuş, 16 il orduda qulluq etmiş, baş gizir çinini almışdı.

Beyləqandakı hərbi hissədə qulluq edən baş gizir vətən müharibəsinin ilk günündən ən qızğın döyüşlərdə, ən qaynar cəbhələrdə vuruşub. Onların taboru azğın düşmənlə ölüm-dirim müharibəsi aparıb, ermənilərin canlı qüvvəsini, texnikasını, hətta yerüstü və yeraltı barrikadalarınıda məhv edib.

Şixmirin 42 gün çəkən döyüş yolu Şuşa ətrafında qırıldı. Bu qədim şəhərin azad olunmasının iştirakçılarından biri olan həmyerlimiz noyabrın 8-də hərbi əməliyyatlarında yandırılması haqqında bəyanatın imzalanmasına bir gün qalmış qəhrəmancasına həlak oldu.

Noyabrın 9-da əsgəri sayğı ilə torpağa tapşırılan igid hərbcinin dəfn mərasiminə rayon rəhbərliyinin, ziyalıların nümayəndələri, silahdaşları, dostları qatılmışdılar.

Babası Qəzənfər kişinin ürəyi ikinci nəvəsinin(digərnəvəsi Elmin avtoqəzada həlak olmuşdu) ayrılığına tab gətirmədi, üç gündən sonra dünyasını dəyişdi.

Şixmir Ağamirovun bir qız övladı yadigar qalıb. Atası behiştəhli olan qız balamız xoşbəxt, yarıyanlardan olsun.

“Qusar”


Ramin Nurəhmədovd

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biridə həmyerlimiz Ramin Marif oğlu Nurəhmədovdur. 1990-cı ilin sentyabrında Sumqayıt şəhərində dünyaya göz açan Raminin ailəsi o hələ uşaq ikən doğma Nəcəfkəndə qayıdıb.

2007-ci ildə kənd məktəbini bitrən Ramin bir il sonra həqiqi hərbi xidmətə çağırılıb. Gəncə şəhərində keçən hərbi xidmət illərində o özünü hərtərəfli hazırlıqlı, qorxmaz, döyüş tapşırıqlarını yerinə yetirməyə qadir əsgər, yoldaşlarına qarşı mehriban, dost canlı gənc kimi göstərdi.

Yaşayış yerinə yaxın hissələrdə müddətdənartıq həqiqi hərbi xidmət keçməyin mümkünlüyünü öyrənən Ramin, artıq yaşının otuz, iki övlad atası olmağına baxmayaraq müharibənin başlanmağına bir ay qalmış ərizə yazaraq orduya qayıtmışdı.

Müharibənin ilk saatlarından səngərdə olan Raminin xidmət etdiyi tabor qısamüddətdə müharibənin ən qaynar mövqelərində xeyli sayda yaşayış məntəqələrini, kəndləri, qəsəbələri, mühüm postları düşməndən təmizləyib. O, Zəfərimizə bir həftə qalmış, noyabrın 2-də Şuşa uğrunda döyüşdə qəhrəmancasına həlak oldu.

Şəhid Ramin Marif oğlu Nurəhmədov rayon ictimaiyyəti nümayəndələrinin, dostlarının, hərbçilərin, məktəb kollektivlərinin iştirakı ilə əsl igid kimi son mənzilə yola salındı.

O, Nəcəfkənd qəbristanlığında, əcdadlarının yanında dəfn olundu.

Surxay Rəfixanov


Aşurəli  Zərbəliyev

Vətən savaşına könüllü gedənlərdən biridə həmyerlimiz Aşurəli Səfərəli oğlu Zərbəliyev oldu. O, 1999-cu il sentyabrın 9-da Quxuroba kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 2014-cü ildə kənd məktəbinin 9-cu sinfini bitirmişdir. Onun məktəb illəri gözümüzün önündə keçib. Aşurəli xasiyyətcə sakit, mülayim, qayğıkeş, ancaq müsbət xüsusiyyətlərə malik bir şagird olmuşdur.

2017-ci ilin oktyabrnda hərbi xidmətə çağırılmışdı. Goranboy rayonunda keçən hərbi xidmətini 2019-cu ildə başa vurub doğma kəndinə qayıtmışdı.

Müharibənin ikinci günündə – sentyabrın 28 – də səfərbərlik xidmətinə gedərək Vətən uğrunda döyüşlərə qatılan həmyerlimiz Füzuli rayonu istiqamətində gedən qızğın döyüşlərdən birində düşmən mərmisinin qəlpəsindən qəhrəmancasına həlak oldu.

Oktyabın 11-də şəhid balamız kənd qəbiristanlığında kənd camaatının, rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli şəkildə dəfn olundu.

Qələbəni görmək, əfsuski, igid balamıza qismət olmadı. Amma Aşurəlinin döyüş yoldaşları onun, şəhid olan igid əsgərlərimizin qanını yerdə qoymadılar, düşməni torpaqlarımızdan qovub çıxarmaqla böyük zəfərə imza atdılar.

İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulur, bəziləri tarixin yaddaşına həmişəlik yazılırlar.

Ziyadxan Muradxanov


Cəfərov Ruslan

İki oğul böyütmüş Mövlan və Əzizə Cəfərovlar bütün gənc valideynlər kimi ürəklərində illərlə gəzdirdikləri arzuların gerçəkləşəcəyi günü gözləyirdilər: Ruslan əsgərlikdən dönən kimi böyük oğulları Nurlanı evləndirib ayıracaqlar!

Ruslandanda narahat deyildilər: Naxçıvanda xidmət edir, komandiri qusarlıdır, əli üstündədir. 27 sentyabrda başlanan, cəmi 44 gün çəkən Vətən müharibəsi bu ailədəndə yan keçmədi.

Nə çəkirsə, analar çəkir. Həyat yoldaşı Rusiyada müalicədə olan şəhid qızı Əzizə ana böyük oğlu Nurlanada çağırış vərəqi gələndə ilk dəfə tənha qaldığını hiss etdi. Amma toparlandı, oğlunun yol tədarükünü görməyə başladı…

İki qardaş – Ruslan və Nurlan kinofilmlərdəki taleyi yaşayıb. İlk gündən döyüşlərə qatılan Nurlan Füzuli cəbhəsində vuruşub. Naxçıvandan dislokasiya olunan Ruslanın xidmət etdiyi xüsusitəyinatlılarda ondan bir neçə kilometr aralıda mövqetutublar. İki qardaş yanaşı taborlarda bir-birindən xəbərsiz, vuruşa-vuruşa Hadrutadək irəliləyib. Amma görüşmək, qucaqlaşmaq, hal-əhval tutmaq onlara nəsib olmayıb.

Oktyabrın 21-də Xocavənd yaxınlığında şəhid olan igid oğlumuz Ruslanın nəşi ayın 25-də Qusarın sağ sahil qəbiristanlığında torpağa tapşırıldı.

Mövlan, Əzizə, oğlunuz əbədiyyətə qovuşdu,o sizi bütün Vətən oğullarının ata anası etdi. Ruslan indi xalqın oğludur.

“Qusar”


Vüsal Şirinov

O, yazın ilk günlərində – 2002-ci il martın 26-da dünyaya göz açmışdı. Ləgərqışlaqlı Şirinovlar ailəsinin ilki – Nuranə xanıma ana, Novruza ata, hələ yaşı 45-ə çatmamış Nəcibə xanıma nənə olmaq səadəti bəxş etmiş övlad olub Vüsal. Hamını arzusuna qovuşdurduğuna görə adınıda Vüsal qoymuşdular. Bütün ilklər kimi böyüyüb: istədiyini alıblar, ağızlarından kəsib arzusunu yerinə yetiriblər.

9-cu sinfi doğma kəndində, 11-sinfi isə Xudat şəhərində bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Şəhid balamız Vüsal məktəbimizin, kəndimizin ən fəallarında nolub. Mədəni, yüksək biliyə malik olan, məktəbdə keçirilən bütün tədbirlərdə, idman yarışlarında fəal iştirak edən şagirdidi. Onu digər şagirdlərə nümunə göstərirdik.

Vətən müharibəsi başlayanda Vüsal cəbhənin ön xəttində idi. Döyüş yoldaşları ilə dəfələrlə erməni hərbçilərin həmlələrinin qarşısını almış, onların döyüş texnikasını, canlı qüvvəsini məhvetmişdi. Oktyabrın 27-də Füzuli şəhərinin alınması uğrunda döyüş Vüsal üçün son döyüş oldu. O, həmin gün əsl şücaət göstərdi.

Qəhrəmanlığı ilə şəhidlik zirvəsini fəth edən Vüsal Şirinovun doğmaları, müəllimləri, dostları, xüsusəndə beşinci sinif şagirdi olan bacısı Aysel, özündən bir yaş kiçik qardaşı Samir onun ölümünə, yoxluğuna hələdə inana bilmirlər.

Ruhun şad olsun, şəhid oğlumuz.

Rafiq Yarməmmədov