KÖNÜLLÜLƏRİN TƏŞKİLATLANMASI GƏNCLƏRİMİZİN VƏTƏNƏ, MİLLƏTƏ SONSUZ  SEVGİSİNİ İFADƏ EDİR

Azərbaycan gəncləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq könüllülər hərəkatına qoşularaq Bakı–2012 Avroviziya müsabiqəsinin çox yüksək səviyyədə təşkil olunaraq başa çatdırmasını təmin etdilər.Könüllük hərəkatında təcrübə toplanmış Azərbaycan gəncliyi 2015-ci ildə I Avropa Oyunlarının və 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının həyata keçirilməsində aparıcı qüvvəyə çevrildi.. Artıq gənclərimiz könüllülər hərəkatında təşkilatlanmış şəkildə fəaliyyət göstərərək ölkə həyatı üçün vacib tədbirlərin lokomotivinə çevrilib. Bu gün Könüllülər Azərbaycan Könüllülərin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən koordinasiya olunaraq Prezidentin və Birinci Vitse-prezidentin çağırışlarının icraçılarına çevrilmişdir.

Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfində

n həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.

Pandemiya özü ilə böyük problemlər gətirib. İnsanların hərəkətlərinə məhdudiyyətlər tətbiq olunub, sosial vəziyyətinə dəstəyə ehtiyac yaranıb. Bu çətin dövrdə ölkədə COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin dəstəklənmasində müxtəlif təşkilatlarda birləşmiş Azərbaycan könüllüləri yaxından iştirak edirlər. Hərəkətlərinə məhdudiyyət qoyulmuş tənha ahıl şəxslərə, aztəminatlı ailələrə könüllülər baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına kömək edirlər. Ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü, “Böyüklərimizi qoruyaq!” devizi altında minlərlə tənha ahıllarının, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkib, 6254 ailəyə müxtəlif ərzaq və gündəlik tələbat mallarının çatdırılmasına kömək göstəriblər.

Aprelin 8-də başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.

 

AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi–Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər.

Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasını da böyük həvəslə icra edirlər.

Könüllülərin belə təşkilatlanması gənclərimizin Vətənə, millətə sonsuz sevgisini ifadə edir. Könüllülük hərəkatına cəlb olunmuş gənc yüksək davranış və etik normalarını özündə əks etdirən müasir düşüncəli vətəndaşdır. Təbii ki, gənclərimizin bu istiqamətdə tərbiyə olunması, həyat bacarıqlarına yiyələnməsi dövlətimizin gücünü artırır, müstəqilliyimizi əbədi edir. Azərbaycan gəncliyi prezident İlham Əliyevin siyasətini dəstəkləyir və hər zaman onun ətrafında birləşir.