Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olundu

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş plana əsasən rayonun təşkilat, idarə və təhsil müəssisələrində tədbirlər keçirilmiş, şəhidlərin xatirəsi ehtiramla anılmışdır. 

Dövlət Qusar Ləzgi Dram Teatrında kollektivin Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə səhnələşdirdiyi yazıçı Meyxoş Abdullahın “Əsir qadın” tamaşası nümayiş etdirilib.

Otuz aktyorun rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Qusar Mədəniyyət sarayında təqdim olunan səhnə əsərini Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri maraqla izləmişlər.