RƏHBƏRƏ SEVGİ VƏ EHTİRAM İFADƏ OLUNDU

  Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirildi.

Dekabrın 12-də səhər saatlarından rayonumuzun Heydər Əliyevin adını daşıyan mərkəzdə izdiham yaşanıb. Rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, özəl bölmənin işçiləri, sadə vətəndaşlar anım mərasimində iştirak etməyə tələsirdilər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və rayon rəsmiləri ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub dahi şəxsiyyətin ruhuna ehtiramlarını ifadə edirlər.

Mərasimdə iştirak edən qusarlılar dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək ruhu qarşısında baş əyiblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov mərasimdəki çıxışında ulu öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, ümummilli liderin müasir Azərbaycanın xilaskarı olduğunu bildirib. Natiq ulu öndərin öz Vətəni və xalqı qarşısındakı xidmətlərindən danışıb. Qeyd edib ki, müasir Azərbaycanın milli inkişafı məhz onun gərgin zəhməti və səyi nəticəsində ərsəyə gəlib. Bugünkü müasir, müstəqil, çiçəklənən qüdrətli Azərbaycan ulu öndərin şah əsəridir.

Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Aərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.

        ***

Anım günü münasibətilə rayon mərkəzindəki mərasimlər evində ehsan süfrəsi açılıb, dahi rəhbərin ruhuna dualar oxunub.