Yevda Sasunoviç Abramov

Ölkə ictimaiyyətinə itki üzvermişdir. 53 saylı Quba-Qusar Seçki Dairəsindən millət millət vəkili Yevda Sasunoviç Abramov örünün 71-ci ilində dünyasını dəyişmişdir.

Yevda  Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsini bitirərək 1971-ci ildə təyinatla doğma rayonuna göndərilən Yevda Abramov  İspik kənd orta məktəbində əmək fəaliyyətinə başlamışdır.

1975-1987-ci illərdə Qırmızı Qəsəbədəki 1 saylı orta məktəbdə işləmiş, 1987-ci ildə Qırmızı Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş və 1990-cı ilə qədər bu vəzifədə çalışmışdır.

İlk bələdiyyə seçkilərində qalib gələrək qəsəbənin birinci bələdiyyə sədri seçilən Yevda Abramov həm də Yeni Azərbaycan Partiyasının Qırmızı Qəsəbədəki özəyinin yaradıcısı və bu təşkilatın rəhbəri idi.

Yevda Abramov 2005, 2010 və 2015-ci illərin parlament seçkilərində fəal iştirak edərək 53 saylı Quba-Qusar Seçki Dairəsindən millət vəkili seçilmişdi.

O, parlamentin qanun yaradıcılığı işində, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində, qanunverici orqanın beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak etmişdir.

Yevda  Abramov bir deputat kimi hər zaman seçicilərinin, eləcə də qusarlı seçicilərin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin həllinə çalışıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdi.

Səmimi insan, tanınmış ziyalı və ictimai xadim Yevda Sasunoviç Abramovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Qusar rayon ictimaiyyəti adından

YAP Qusar Payon Təşkilatı