“Neft daşları”nın fatehi

Hacımətov Müslüm Məhəmməd oğlu 1931-ci ildə Əcəxür kəndində dünyaya göz açıb. Erkən yaşlarından atasını itirən Müslüm Razində yerləşən 1 saylı sənət məktəbində yeddinci dərəcəli qazmaçı peşəsinə yiyələnir. 1949-cu ildə öz xahişi iləNeft daşlarına gəlib əmək fəaliyyətinə qazmaçı kimi başlayır. İşə başladığı günlər çox çətinliklərlə üzləşsə də, bu əməksevər, əzmkar gənc neftçi ruhdan düşmür, çətinliklərə mərdliklə sinə gərir. Müslüm buradaNeft daşlarının bünövrəsini qoyan Qurban Abbasov və Mixail Kaveroçkin kimi məşhur fatehlərlə çiyinçiyinə çalışaraq az bir zamanda onların təcrübəsini mükəmməl öyrənir, qazma işinin bütün sirlərinə dərindən bələd olur. Əməksevərliyi və təşəbbüskarlığı ilə fərqlənən və yoldaşlarının rəğbətini qazanan gənc neftçi 4 il sonra səkkizinci dərəcəli qazmaçı adını alır.

 Müslüm təhsilini artırmaq, ali təhsil almaq arzusu ilə yaşayırdı. Çünki o, mədəndə qazandığı təcrübəsini nəzəri biliklərlə zənginləşdirsə, daha böyük nailiyyətlər əldə edə bilərdi. Bu məqsədlə də istehsalatdan ayrılmadan 7 saylı məktəbdə orta təhsil alır, 1963- ildə Bakı Neft TexnikumununNeftqaz quyularının istismarıfakültəsinin axşam şöbəsini fərqlənmə diplomu ilə bitirir.

 Məşhur buruq ustası, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynov neft sənaye işçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri seçildikdən sonra Qazma İdarəsinin rəisi Həzrət Xadikov Müslümü 30 yaşında ikən onun yerinə qazma ustası vəzifəsinə irəli çəkir. Qazma ustası vəzifəsində etimadı ləyaqətlə doğruldan gənc usta  Neft və Kimya İnstitutunun qiyabi şöbəsində ali təhsil alır.

 1968-ci ildə buruq ustası Müslüm Hacımətov Suriya Ərəb Respublikasına ezam olunur. Bir müddət buradakıRumelanyatağında işlədikdən sonra onun briqadası Çibisi səhrasında kəşfiyyat quyusu qazmağa göndərilir. Briqadanın səhrada qazdığı 4 saylı ilk quyu fontan vuraraq sutkada 650 ton neft verir. 5 saylı quyuda 3200 metr dərinlikdə 3250 min kub metr kondensat olan layı açıb, 7 saylı quyuda qaz aşkar edən briqada üzvləri Suriya Ərəb Respublikasının Neft Şirkətinin mükafatlarına layiq görülürlər. Müslümə qızıl qol saatı bağışlanır və ona Suriyanın fəxri vətəndaşı adı verilir.

 1971-ci ildə vətənə qayıdan Müslüm kişiNeft daşlarında buruq ustası kimi fəaliyyətini davam etdirir. Plan və öhdəlikləri vaxtından əvvəl yerinə yetirdiyinə görə 1974- ildə onaQırmızı Əmək Bayrağıordeni, az sonra isə AzərbaycanınƏməkdar neftçisivəSSRİnin əlaçı neftçisifəxri adları verilir.

 1978-ci ildə Müslüm təcrübəli buruq ustası kimi yenə xaricəİraq Ərəb Respublikasına göndərilir. Onun briqadası UmKasirdə 3400 metr dərinlikdə 1 saylı quyunu 56 gündə qazaraq bu ölkədə ən böyük rekorda imza atır. Bu münasibətlə briqadanın bütün üzvlərinə qol saatları  hədiyyə edilir və fəxri fərmanlar verilir. Bu hadisədən sonra Azərbaycan neftçilərinin İraqda nüfuzu xeyli yüksəlir. Suriyada olarkən ərəb dilini mükəmməl öyrənən Müslüm həm tərcüməçi, həm də məsləhətçi kimi ərəblərlə onların doğma dilində ünsiyyət yaradırdı

 Müslüm Hacımətov Suriyada və İraqda işlədiyi müddətlərdə 5 qazmaçı, 14 qazma köməkçisi, 7 çilingər, 9 motorçu, 3 usta, 1 mexanik yetişdirmişdir ki, həmin işçilər Suriya və İraqın neft sənayesində rəhbər işlərdə və mühəndistexnik vəzifələrində çalışırlar.

 1980-ci ildə İraq və İran arasında başlanan müharibə Azərbaycan neftçilərini vətənə qayıtmağa məcbur edir. Müslüm yenidənNeft daşlarında yüksək məhsuldarlıqlı neft quyularının qazılması sahəsində fəaliyyətini davam etdirir.

 Təcrübəli usta ilk dəniz fatehləri ilə birlikdəNeft daşları qurub dənizin daha dərin qatlarında yerləşən yeraltı xəzinəni mənimsəməyə başladı. O, öz briqadası ilə “28 Mayyatağında 4 dərin dəniz quyusu qazıb təhvil verdi. O zamanadək heç bir briqada bu dərinlikdə quyu qazmamışdı.

 Müslüm Hacımətov ilk əfsanəvi dəniz şəhərinin qəhrəman fatehi, qurucusu və yaradıcısıdır. O, Qurban Abbasov, Mixail Kaveroçkin, Hidayət Əliyev, Əziz Məhərrəmov, Uspaxan Uspaxanov, Aleksandr Polyakov, Meybulla Kərimov kimi fədakar neftçilərlə birlikdə dəniz neft sənayesinin inkişafı tarixində əbədi yaşayacaqdır.

 2004- ildə təqaüdə çıxan Müslüm Hacımətov qəhrəman dəniz fatehlərinin canlı müasiridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 18 sentyabr 2004- il tarixli fərmanı ilə ona Prezident təqaüdü təyin edilmişdir. Onun fədakar əməyi, yüksək vətəndaşlıq qayəsi, şəxsi cəsarəti, vətən, xalq yolunda fəda etdiyi 50 illik qəhrəman ömrü bugünkü gənc nəsil üçün örnək, zəngin həyat məktəbidir. Onun qəhrəman ömrünün bəhrəsi kimi yaradılan güclü dəniz neft sənayesi bu gün Azərbaycanın böyük neft sənayesinin əsasını və gələcək inkişaf perspektivinin bünövrəsini təşkil edir.

 Müslüm Hacımətov həm də qayğıkeş ailə başçısıdır. O, 1956- ildə Bakıda Hacımətova Əminə Mahmud qızı ilə ailə həyatı qurmuş, 57 ildir ki, həyat yollarında birgə addımlayırlar. Həyat yoldaşı Əminə xanım Xalq Təsərrüfatı İnstitutunu və Neft Akademiyasını bitirib 10 il rektorun köməkçisi və metodist vəzifələrində çalışmış, Suriya və İraqda Müslümlə birlikdə olmuşdur. Bu mehriban cütlük 2 övlad, 7 nəvə və 2 nəticə sahibidir. Oğlu Çingiz və qızı İradə həkimdir, Bakı şəhərində əhalinin sağlamlığı keşiyində durur. Nəvəsi  Samir Heydər Əliyev adına İdarəetmə AkademiyasınıKamran Corco Universitetinin filialını bitirib, “Neft daşlarında babasının yolunu davam etdirir. Səbinə İncəsənət İnstitutunun kino rejissorluğu fakültəsini və magistraturanı fərqlənmə diplomu ilə bitirib Pantamimo teatrında aktrisa işləyir. Ramin Bədən Tərbiyəsi Akademiyasını bitirib basketbol üzrə məşqçidir. Rüfət isə Hava Yolları Akademiyasını bitirmişdir. Kiçik nəvələri Fariz və Ayan isə məktəblidir. Hər ikisi dərs əlaçısıdır.

 Hazırda Qusarda yaşayan 82 yaşlı Müslüm kişi övladları və nəvələri ilə fəxr edir, onların uğurlarına sevinir.

                                                   Müzəffər SALMANOV,

                                                           Qusarın müxbiri