Problemlərin operativ həlli üçün

Qusar RİH-nin başçısı Şair Alxasov Nəsənqala və Bədirqala kəndlərində sakinlərlə görüşərək onların təklif və iradlarını dinləmiş, müvafiq tapşırıqlar vermişdir.

Həsənqala. Kənd məktəbinin binasında səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov sakinləri salamlayaraq qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Sonra adəti  üzrə  səyyar  görüşdə vətəndaşları maraqlandıran, narahat edən məsələlər sual və müraciətlər üzərində dayanılmışdır. Çıxış edənlərdən Şixmət Həsənov  kəndin yeni yaşayış məhəllələrinə çınqılın döşənərək hamarlanması, Cəbrayıl Mikayılov kəndindəki daş karxanasından yük daşıyan iritonnajlı maşınların kəndin daxilindən gediş-gəlişinin qarşısının alınması, Əzizağa Binətəliyev istismar müddəti bitmiş elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsi, Məhbubə Mikayılova kəndin yeni yaşayış məhəlləsinin qazlaşdırılması məsələlərini diqqətə yönəltdilər.

Bədirqala. Eyni nümayəndəliyə daxil olan bu kənddə də sakinlərin arzu və təklifləri oxşar xarakterli oldu. Çıxış edən Hacıbala Əliyev, Nəriman Sədullayev, Tünzalə Kübərova, Nadir Sədullayev həmçinin EATS-in açılmasının, daha bir artezian quyusunun qazılmasının zəruriliyini vurğuladılar.

RİH başçısı Şair Alxasov qaldırılan məsələlərin və problemlərin operativ həllinə nail olmaq üçün müvafiq təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını vermişdir.