Həmyerlimiz yenə uğur qazandı

Çiləgir kənd orta məktəbinin əllimi  Möhübbət Həsənov ikinci dəfə

İlin ən yaxşı əllimiadını qazandı

Onun adı nəinki rayonumuzda, eləcə də respublika səviyyəsində yetərincə tanınır, hörmətlə çəkilir. Bu sözlərin təsdiqi üçün onun pedaqoji fəaliyyətinə qısaca nəzər yetirsək kifayət edər. O, 150-dən çox qəzet, jurnal məqalələrinin, elmi yazıların, tezis, proqram və metodik vəsaitlərin, ümumi və orta ixtisas məktəblərinin şagird və tələbələri, eləcə də, əllimləri üçün nəzərdə tutulmuş dərs vəsaitlərinin əllifidir. 1998-ci ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirliyi tərəfindən ona respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi adı verilmişdir.

Ali Attestasiya Komissiyasının 21 yanvar 2000-ci il tarixli qərarı iləPedaqoqikanın nəzəriyyəsi və tarixiixtisası üzrə pedaqoji elmlər namizədi, alimlik dərəcəsinə yüksəlmiş Möhübbət əllim pedaqoqika sahəsində çalışmaqla bərabər, gənc idmançıların yetişməsində biliyini, təcrübəsini əsirgəməyərək futbol üzrə respublika dərəcəli hakim adına layiq görülmüşdür.

Uzun illər ərzində çəkdiyi zəhməti hədər getməmiş və bunun məntiqi nəticəsi olaraq 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı iləƏməkdar əllimkimi layiqli və şərəfli ada layiq görülmüşdür. Respublika pedaqoji mühazirələrinin vəAzərbaycanın tərəqqisi uğrundadevizi altında keçirilən müsabiqənin qalibi olan Möhübbət Qüdrət oğlu 2008-ci ildə respublika üzrəİlin ən yaxşı əllimimüsabiqəsində də qalib adını qazanmış, fəxri fərman, xoş və tərifli sözlərlə respublika prezidenti tərəfindən 5 min manat pulla mükafatlandırılmışdır.

Güclü hafizəyə və heç vaxt kütləşməyən zehnə malik Möhübbət əllim saf əqidəli, yorulmaz zəhmətsevərliliyi ilə bu gün də nəcib və tükənməyən arzularını həyata keçirməkdədir. Sözü əməlləri ilə vəhdət təşkil edən pedaqoqziyalının qələmi təbii ki, dinc durmuryazır, yaradır, çoxlarına örnək olur. İnsanın iki dəfə prezident mükafatı ilə təltif edilməsi nadir haldır. Nə yaxşı ki, bu nadir insanların sırasında yazımızın qəhrəmanın da adı var. 2013- ildə bir dahaİlin ən yaxşı əllimiolmaqla 5 min manat dəyərində mükafatı qazanmaq, alın təri axıdaraq yuxusuz gecələrdə gözünün nurunu elmə qurban verən təlim, tərbiyə və təhsil adamının halallığıdır. Dərs dediyi, yetişdirdiyi, qiymətləndirdiyi şagird və tələbələrinin adını, soyadını və sayını dəqiq bilməsə də, bir arqument onun özünə və bizə yaxşı məlumdur: uçurduğu qaranquşlar harada olsalar da, sevimli bir insanıəziz əllimlərini unutmurlar.       

 Cavid