Əzizimiz İmran müəllim!

Enişliyoxuşlu, sınaqlarla, sevincli və kədərli anlarla yadda qalan mənalı bir ömrün 60- payızına qədəm qoyursunuz. Sənə bu mübarək gündə möhkəm cansağlığı, könül rahatlığı, neçəneçə xoş müjdəli illər, nəvənəticə sevinci, ailə səadəti arzulayırıq.

Uzun illər ərzində insanlara gərəkli bir sahədəsosial sığorta sistemində çalışmış, çətin gündə, dar məqamda çoxlarına kömək, yardım əli uzatmısan

Sən həmişə xoş rəftarınla, səmimi, mehriban və qayğıkeş münasibətinlə təkcə kollektivdə, yoldaşları arasında deyil, ailənə, övladlarına və nəvələrinə olan böyük məhəbbətin və canıyananlığınla çoxlarına nümunə olmusan.

Arzu edirik ki, 2 övladın, 3 nəvən və həyat yoldaşın Şahnaz xanımla birlikdə neçəneçə yubiley sevincini, ailənizin nübarı olan yeni nəvənəticə sevinclərini, ömrünüzün xoşbəxt günlərinin səadətini yaşayasınız.

Allahdan istəyimiz odur ki, hər gələn yeni il ömrünüzə ömür calasın, birbirindən fərəhli, toybayram sevincli günlər gətirsin.

Həyatda nəsibiniz yalnız xoşbəxtlik, ailə səadəti, şadlıq və firavanlıq olsun, 100 yaşayın, qocalmayın, əzizimiz İmran İslamov!

                         Əzizləri, doğmaları və ailə üzvləri