Kiyevdən qələbə ilə döndü

Rayonumuzu ölkəmizin və dünyanın idman arenalarında layiqincə təmsil edən həmyerlimiz-universal döyüş ustası Fərid Mirzəbəyovun uğurları haqqında vaxtaşırı məlumatlar vermişik. Bu yaxınlarda onun daha bir xoş sorağını almışıq. Ukraynanın paytaxtı Kiyev şəhərində başa çatan universal döyüş üzrə növbəti dünya çempionatı onun idman uğurlarının sayını artırmışdır.

48 ölkə nümayəndələrinin təmsil olunduğu bu yarışlara respublikamızın yığmasının üzvü kimi qatılan idmançımız mötəbər turnirin gümüş mükafatına layiq görülmüşdür.

İlk məşqçiləri idman ustası Elşən Şükürov olan aşağıləgərli əkiz qardaşlar-Fərid və Ravid ikisi də eyni çəkidə, eyni növ idmanla məşğul olurlar. Onların idman bioqrafiyalarında dəfələrlə ölkə çempionluğu, Avropa və dünya birinciliklərinin qalibiyyətləri var.

Bu dəfə qələbəni təkbaşına qazanan Fərid həm ilk məşqçisi Elşən Şükürova, onunla yığmada məşğul olan Vüqar Ocaqverdiyevə öz minnətdarlığını bildirir.