O,haqq işimizə inanırdı

Hər ilin yay mövsümündə Qusar şəhərində ən çox istirahət edib gəzdiyim yer Nəriman Nərimanov adına parkdırsa, ən çox ziyarət etdiyim abidələrdən biri Qusar Polis şöbəsinin yaxınlığında olan, Qusar polisinin əməkdaşı Sərdar Səfərovun abidəsi olub. Hər dəfə onu ziyarət edəndə barəsində yazmağı özümə borc bilmişəm.

Dünyadan nakam getmiş, dostlarının, qohumqardaşlarının, gül balalarının ömründən vaxtsızvədəsiz köç etmiş həmkarım-“Azərbaycanın Milli Qəhrəmanıpolis leytenantı Sərdar Səfərov haqqında yazmağa başlayarkən nədənsə yadıma Aşıq Abbas Tufarqanlının iki misrası düşdü:

Canım qurban olsun

                 həmişə mərdə,

Ay Yaradan, fürsət

               vermə namərdə!

Bu misraların acısını yaşayayaşaya düşünürəmheyf, çox heyf ki, bu gidi dünyada çox zaman fürsət namərdə, güllə isə mərdə düşür. Belə olmasaydı, uzun illər xalqımın mərd oğullarının həyatına namərd yağı gülləsi ilə son qoyulmazdı.

Düşmənin ləyaqətlisi də olur, ləyaqətsizi də, mərdi də olur, namərdi də. Ancaq bizim xalqın taleyinə düşən yağı öz nankorluğu, fəndgirliyi, üfunətli ürəyi ilə dünyanı murdarlayır. Qəribədir ki, fil qulağında yatan dünya da o murdarıçiçədeyib çağırır. Faciəmiz budur. Yüz illər, min illər qanımıza yerikləyən erməni, indi də torpaqlarımıza susayır. Yəqin ki, yüz il bundan sonra doğulacaq nəvənəticələrimiz də namərd qonşudan gələn ağrıacıları çəkməli olacaq. Hələ ki, fürsət onlarındır. Məğlubiyyətimiz mərdliyimizdən gəlir. Həmişə belə olub. Vaxtilə Şah İsmayıl Xətai ilə düşmənçilik edən Sultan Səlim torpaqlarımıza hücum edəndə şaha məsləhət görürlər ki, gecə keçidlərdə pusqu qurub düşməni tələyə salıb, sonra qılıncdan keçirək. Şah İsmayıl hiddətlənib deyir ki, mən yolkəsən quldur deyiləm, düşmənimlə ancaq döyüşdə qarşılaşacağam.

Qarşılaş, Şah babam, qarşılaş. Elə həmişə mərdlik, kişilik demişik, düşmənlə mərdimərdanə vuruşmağı uca tutmuşuq, hiyləgərliklə ona üstün gəlməyi özümüzə ar bilmişik. Ancaq bir şeyi yaddan çıxarmışıq ki, namərd və hiyləgər düşmən mərdlik və kişilik məfhumuna gülür. Hərdən də belə bir kəlamla təsəlli tapırıq:       –Müharibə qızışdıranlar ilk növbədə öz başlarını yeyəcəklər.

Ya qismət! Hələ ki, nər oğullarımız döyüşlərdə qurban gedir.

Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960- ildə dağlarının zirvəsindən yay fəslində də qar əskik olmayan Kəlbəcərdə anadan olub. Mədət kişi dünyaya yeni göz açan oğlunu elininobasının kədərinə, sevincinə şərik bir igid görmək istəyib.

Sərdar igidləri, mərd oğulları ilə məşhur olan bu dünyada böyüyür, Dəlidağın harayında boy atır. 1977-ci ildə orta məktəbi bitirib Həzi Aslanov adına kolxozda işləyir, ailənin güngüzəranını yüngülləşdirmək istəyir. 1977-ci ildən 1981-ci ilədək hərbi xidmətdə olur. Xidmətini başa vurub Bakıya gəlir, Xətai rayonundakı xüsusi avtomobil zavodunda ə girir. Elə bu vaxt onda bir arzu oyanırmilis işçisi olmaq, xalqının asayişinin keşiyində durmaq, ömrünü cinayətkarlığa qarşı mübarizədə keçirmək. Lakin kimə üz tutur, hansı vəzifəli şəxsin qapısını açırsa, xoş üz görmür, hamı onu başından eləyir. Sərdar Azərbaycandan uzaqlara getməyə məcbur olurMoskva yaxınlığındakı Zaqorsk şəhərinə gəlir və bir müddətdən sonra milisdə ə girir, oradan DİNin Kaunasdakı Orta Milis Məktəbinə oxumağa göndərilir. 1987-ci ildə həmin məktəbi bitirən Sərdar milis leytenantı rütbəsində köhnə yerinəZaqorsk şəhərinə qayıdır, orada sahə müvəkkili işləyir. Ancaq aylar, günlər keçdikcə Sərdar ögey baxışlar altında sıxılıb darıxır. Bir tərəfdən də Azərbaycanın başında fırlanan qara kölgələr, sərhəd zonasında yerləşən Kəlbəcərin erməni hücumlarına məruz qalması onun Vətənə qayıtmaq arzusunu gücləndirir. O, çox çətinliklə Vətənə dönür, 1991-ci ildə Qusar rayon Daxili İşlər şöbəsinə ə göndərilir. Sərdar burada sahə müvəkkili işləyir. Deyirlər, sahə müvəkkili kimi işlədiyi ərazidə böyük hörməti olur, böyüklə böyük, kiçiklə kiçik olub, camaatın xeyirşərində iştirak edir. İş yoldaşları ilə çox səmimi rəftar edən Sərdarın sifətində həmişə təbəssüm olardı.

Ancaq bu onu təmin etmir, həmişə sərhəd bölgələrinə, Qarabağa can atan Sərdar 1991-ci ilin sentyabrında Şuşa şəhərinə ezam olunur. O vaxt bir çox əməliyyatlarda iştirak edən Sərdar öz bacarığı, cəsurluğu ilə seçilir. Sentyabrın 25-də Əsgərandan keçən avtobusun azərbaycanlı sərnişinləri erməni quldurlarının hücumuna məruz qalır, neçə eloğlumuz oradaca keçinir, neçəsi də yaralanır. Sərdar Səfərov istintaqəməliyyat qrupunun tərkibində hadisə yerinə gəlir. Öz işini yekunlaşdıran qrup Şuşaya qayıdarkən Malıbəyli körpüsündən təxminən 200 metr aralı iki istiqamətdən erməni quldurları tərəfindən güclü atəşə tutulur. İstintaqəməliyyat qrupu quldurlara müqavimət göstərir. Son məqamda Sərdar sinəsilə sürücünü ona tuşlanmış güllələrdən qoruyur. Əməliyyat qrupu Sərdarın fədakarlığı nəticəsində təhlükədən xilas olur. Ancaq bu fədakarlıq ona həyatı bahasına başa gəlir. Vətən həsrəti, Vətən məhəbbətilə yaşayan, onun azadlığını hər şeydən üstün tutan bir eloğlumuz da bax beləcə şəhid olur.

Deyirlər, ezamiyyətinin son günlərində şəkil çəkdirmək arzusunda olub, yoldaşlarına:-Gəlin şəkil çəkdirək, bilmək olmaz bu dünyanın işini, bəlkə bir də görüşmədik, ya qismət!-deyir. Görünür, ölümü ürəyinə damıbmış Sərdarın. O şəhid olan günü bacısı Səadətin ürəyi bərk sıxılır, heç cür rahatlıq tapa bilmir. Toxtaqlıq tapmaq üçün Sərdarın toy kasetinə baxır.

Ölümündən sonra Sərdarın ikinci ömrünəşəhid taleyinə iki nisgilli sevinc bə edir, Tanrı. Dünyaya qız balası göz açır, adını Sərdarə qoyurlar. Adı ilə böyüsün. Bir də onaAzərbaycanın Milli Qəhrəmanıadı verilir. Sərdar haqq işimizə inanırdı. İnanırdı ki, torpaqlarımız murdar ermənilərdən azad olunacaq. Onda hələ nə Şuşa, nə Laçın, nə də onun beşiyi Kəlbəcər işğal olunmuşdu. Sürücü soydaşının həyatının xilası üçün sinəsini sipər edən Sərdar Kəlbəcərdə erməni dığalarının at oynatmasına dözə bilərdimi, Tanrım! Qeyzindən, qəzəbindən ürəyi partlamazdımı? Nə deyim, şəhid soydaşım? Nə deyim, özün demişkən, bilmək olmaz bu dünyanın işini

Elbrus ŞAHMAR,

istefada olan polis polkovniki, yazıçı