MEDAL TƏQDİM OLUNDU

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2019-cu il tarixli sərəncamı ilə bir qrup şəxs Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə orden və medallarla təltif olunmuşdu. Yüksək mükafata layiq bilinənlər arasında Qusar Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Şahabbas Polad oğlu Saruxanov da vardır.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bu günlərdə təltif olunduğu “Dövlət qullugunda fərqlənməyə görə” medalını əmək kollektivinin üzvləri qarşısında təntənəli şəkildə  sahibinə təqdim etmişdir.

Şahabbas Saruxanovu yüksək mükafat, həmçinin anadan olmasının 60 illiyi münasibətilə təbrik edən Qusar RİH-nin başçısı ona cansağlığı, əmək fəaliyyətində uğurlar arzulamışdır.

Hər bir məmurun ümdə vəzifəsinin xalqa layiqli xidmət olduğunu xatırladan icra başçısı toplantı iştirakçılarını camaatın arzu və ümidlərini daha həssaslıqla doğrultmağa səsləmişdir.

İş yoldaşları da Şahabbas Saruxanovu təbrik etmiş, ona cansağlığı, yeni uğurlar diləmişlər.