Könüllü qanvermə aksiyası

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir. İyulun 11-də mərkəzi rayon xəstəxanasında rayonumuzun idarə, müəssisə və təşkilat kollektivlərinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilmişdir. Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilmiş, qan analizləri götürülərək laborator müayinəyə göndərilmişdir. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaqdır. Aksiyada iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildiririk!