Vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 2019-cu il iyul ayının 20-də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinlərini Quba rayon Polis Şöbəsində qəbul edəcəkdir.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.