Sakinləri narahat edən məsələlər çözüldü

 Qusar RİH-nin başçısı Şair Alxasov Bədişqala kəndində sakinlərlə görüşmüşdür.

Kənd məktəbində baş tutan görüşdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Növbəti görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov sakinləri salamlayaraq qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemlər, vətəndaşları narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində insanlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Yerli bələdiyyənin sədr müavini Fikrət Şixqayıbov min nəfərdən artıq əhalinin yaşadığı bu  kənddə son illər həyata keçirilən sosial-abadlıq tədbirlərindən razılıq etməklə bərabər, elektrik enerjisinin verilməsi ilə bağlı çətinliklərin mövcudluğunu dilə gətirdi. O, kənddə daxili istismar müddəti bitmiş elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac duyulduğunu, daxili elektrik hava verilişi xəttlərinin kabel sisteminə kiçirilməsinin məqsədəuyğunluğunu bildirdi. Fərdi təsərrüfatçı Rafik Dadaşbalayev kənddə qazılmış su artezian quyusunun təmirinə, təqaüdçü Əmrulla Abdullayev isə kənd klubunun təmirə ehtiyacı olmasına diqqət cəlb etdilər.

RİH başçısı elektrik şəbəkəsinin və suvarma sistemləri idarəsinin rəhbərlərinə müraciətlərin araşdırılması və lazımı tədbirlərin görülməsi barədə tapşırıq verdi, kənd klubunun təmiri ilə bağlı mədəniyyət nazirliyinə müraciətin hazırlanmasını tövsiyə etdi.