Bəybala Ələsgərov-65

Yorulmaz alim, nəcib insan

Hər bir millətin dünya miqyasda tanmmasında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, cəmiyyətin inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin – həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir.

Şərəfli ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də Bəybala Ələsgərovdur. Görkəmli alimin istər elmi, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır.

Ələsgərov Bəybala Aydabala oğlu 1954-cü il may ayının 9-da Qusar rayonunun Köhnə Xudat Qazmaları kəndində dünyaya gəlmişdir. Orta təhsilini Qusar şəhərinin 1 saylı məktəbində almış, müəyyən çətinliklərə baxmayaraq şərəfli həyat fəaliyyətində zəhməti hesabına elmdə və ictimai həyatda layiqli mövqe tuta bilmişdir.

Yazıçı, publisist, tarix üzrə elmlər doktoru olan Bəybəla Ələsgərovun fəaliyyət dairəsi olduqca genişdir. Xəzər Dəniz Gəmiçiliyinin təmir zavodunda əmək fəaliyətinə başlayan Bəybala Əsgərov işinə böyük məsuliyyət və sevgi ilə yanaşmış, qısa dövr ərzində fəhləlikdən növbə rəisi vəzifəsinə kimi yüksəlmişdir.

1982-ci ildə ali təhsilini bitirən Bəybala Ələsgərov M.F.Axundov adına Dövlət Milli Kitabxanasında metodist kimi fəaliyyətə başlamış, qısa dövr ərzində metodist, redaktor, böyük redaktor, elmi-tədqiqat şöbəsində baş aparıcı mütəxəssis pillələrini adlamaqla bölmə müdiri vəzifəsinə yüksəlmişdir. Bəybala Ələsgərov hələ sovet dönəmində-informatika resurslarının ölkəmizdə az tətbiq olunduğu bir dövrdə Moskva Dövlət Mədəniyyət İnstitutunun aspiranturasında fundamental informatika üzrə tədqiqat işi aparmışdır. Həmin illərdə o, ümumittifaq səviyyəsində kitabxana-klub sisteminin metodikasının nəzəri cəhətdən hazırlanmasında iştirak etmişdir.

Bəybala müəllim 250-dən çox publisistik, 200 elmi məqalə, tezis, 20-ə yaxın  elmi-metodiki və irihəcmli monoqrafıyanın müəllifidir. “Şəmsi Bədəlbəyli – 90”, “Paşa Qəlbinur-50”, “Boyalarda yaşayan ömür”, “Nizami Cəfərov-50”, “Sədaqət Kərimova-50”, “Elçin-60”, “Müdriklik zirvəsinə gedən yol”, ” Görkəmli din xadimi, sülhməramlı elçi” və başqa ziyalılarımızın yaradıcılığına aid biblioqrafıyalar onun gərgin zəhmətinin əməyidir.

“Elçin”, “Hidayət”, “Zahid Xəlil”, “Professor Nizami Cəfərovun kitab dünyası”, “Professor Buludxan Xəlilovun biblioqrafiyası” adlı elmi monoqrafıyaları isə Bəybala Ələsgərovun iri həcmli tədqiqat işləridir.

Ziyalı üçün vacib sayılan ən mühüm keyfıyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Bəybala Ələsgərov milli ideallara bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərmiş, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olmuşdur. O, tam anlamı ilə vətənə, torpağına bağlı ziyalılarımızdandır. Bəybala müəllimin “Zəngəzurda doğuldum”, “31 mart Azərbaycanlılarm soyqırım günüdür”, “Zamanın sınaqlarından ömrə açılan yol”, “Qusarın şanlı övladları” adlı kitabları alimin yaradıcılığında xüsusi yer tutur. Bu kitablarda alim, vətənin acı fəryadını elmi müstəvidə dünya ictimaiyyətinə çatdırır, gələcək nəsillərə dəyərli məlumatları, mənbələri sistemli şəkildə miras qoyur.

Bundan əlavə Bəybala müəllim, Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin həqiqi üzvü olan ilk Azərbaycan vətəndaşıdır. Dəfələrlə Nobel Mükafatları laureatlarının görüş konfranslarında çıxış edən Bəybala Ələsgərov 1996-cı ildə Nobel İnformasiya Mərkəzinin xüsusi medalına layiq görülmüşdür.

2013-cü ildə Bəybala Ələsgərov doktorluq dissertasiyasını müdafıə edərək tarix üzrə elmlər doktoru adını almışdır. Bəybala müəllim, 2015-ci ildən Ümumdünya Sülh Şurasının Beynəlxalq Sülh Federasiyasının Sülhməramlı səfıri seçilmidir.

Bəybala Ələsgərov, özünün ictimai fəaliyyəti ilə də respublikamızın həyatında mühüm rol oynamışdır. Dünyanın bir çox ölkələrində keçirilmiş qurultaylarında, elmi simpoziumlarda, yüksək səviyyəli toplantılarda iştirak etmiş, bir çox beynəlxalq tədbirlərdə Azərbaycan ziyalılarını təmsil etmişdir.

Elmi, ictimai fəaliyyətindən əlavə, Bəybala müəllim həm də bədii yaradıcılıqla məşğuldur. O, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Samur” Ləzgi Milli Mərkəzinin üzvü kimi bir çox sanballı ictimai təşkilatın fəaliyyətində yaxından iştirak edir.

Bəybala Ələsgərov hər şeydən əvvəl olduqca xeyirxah, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər gələcək nəsillər üçün elmə fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır.

      Elnarə Mehbalıyeva,

ADPU-nin Kimya-biologiya

 fakültəsinin dekanı, dosent