NAZİRİNİN BİRİNCİ MÜAVİNİ BÖLGƏ SAKİNLƏRİNİN QƏBULUNU KEÇİRƏCƏK

20 aprel 2019-cu il tarixində Quba Rayon Polis Şöbəsində  Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini, polis general-leytenantı cənab Vilayət Eyvazov tərəfindən daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid məsələlərlə bağlı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı  rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qusar rayonu sakinləri qəbula qeydiyyata alınmaq üçün elan dərc olunduğu vaxtdan Qusar Rayon Polis Şöbəsinə müraciət etməlidirlər.

Müraciətdə ərizəçinin anket göstəriciləri və şikayətin qısa məzmunu qeyd edilməlidir.