“Xəzri” komandası qaliblər sırasında

Quba Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan dilinə, tarixinə mədəniyyətinə həsr olunmuş Quba-Xaçmaz zonası üzrə “Breyn-Ring”  bilik yarışması keçirilmişdir.

Qarışmada Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Sumqayıt, Xızı rayonlarının 17-29 yaşarası gənclərindən təşkil olunmuş komandaları qalibiyyət uğrunda mübarizəyə qoşulmuşlar.

İntellektlərin mübarizəsində rayonumuzu Həzrə və Kirig kənd məktəblərinin yüksək bilik və intellektual səviyyəyə malik gənc müəllimləri-Faiq Şadmanov (kapitan), Lalə Şahhüseynli, Turac Kərimova, Elnur Dadaşov və Leyla Abugülovadan ibarət “Xəzri” komandası  təmsil etmişdir.

Ümumi nəticələrə əsasən komandamız  III yerə layiq görülərək Gənclər və İdman Nazirliyinin Fəxri diplomu və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.

                                                   Sevil Dəmirova