Evdə mehriban bacıdırlar, turnirdə rəqib

Ötən ilin maraqlı idman yarışlarından biri şahmat mərkəzində keçirilən bu növ üzrə rayon birinciliyi olub.

Zəkalıların turnirində 8,12,16 yaşadək olmaqla oğlanlar 3 qrupda, qızlar isə 10, 16 yaşadək olmaqla 2 qrupda güclərini sınamışlar.

Kiçik yaş qrupunda Asim Mahmudov, Vaqif Əzizov, Timur Ataxanov 1-3-cü yerləri tutmuşlar.

12 yaşlılar arasında Elnur Nurmətov rəqib tanımamışdır. Sonrakı yerlərə müvafiq olaraq Feyzulla Feyzullayev və Emin Mirzəğayev yiyələnmişlər.

16 yaşadək olan oğlanların bəhsləşməsində gözlənildiyi kimi Aydın Şahpələngov “at oynatmışdır”. Bu qrupda 2 və 3-cü yerlər Rəşid Səfərov və Rafiq Bazova nəsib olmuşdur.

Qızların yer aldıqları qruplarda cəldikdə 10 yaşlıların mübarizəsində daha səbrli və tədbirli Aişə Mustafayeva birinci olmuşdur. Onun bacısı Naşida üçüncü, Elvina Səlimova isə ikinci yerləri tutmuşlar. Böyük qızlar arasında Quliyeva bacılarının qarşılaşması böyük maraq doğurmuşdur. Amma bu dəfə onlar birinciliyi əldən vermişlər. Bu qrupda Səidə Səlimova birinci, Fəridə Quliyeva ikinci, bacısı Fidan isə üçüncü olmuşdur.

Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları təqdim olunmuşdur.