Təbrik edirik!

Azərbaycan Respublikasında rabitə və yüksək

texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

                                                                “Tərəqqi” medalı ilə

                                                           Pirmətov Fərhad Veysəl oğlu

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2018-ci il.

1982-ci ildə Düztahir kəndində qulluqçu ailəsində doğulmuşdur.

2004-cü ildə Odlar Yurdu Universitetini, 2012-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.

2004-2007-ci illərdə “Analiz” jurnalında şef-redaktor, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində işləmiş, 2009-2011-ci illərdə Qusar RİHB-in Düztahir Kənd İnzibati Ərazisi üzrə nümayəndəsi olmuşdur.

2011-ci ilin dekabrından Qusar Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışır.

Ailəlidir, 1 oğlu, 1 qızı vardır.