Təbrik edirik!

Ş.B.Alxasovun 2-ci dərəcəli  “Vətənə xidmətə görə”  
        ordeni ilə  təltif edilməsi haqqında   

 Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Balaşərif oğlu Alxasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2018-ci il.

 

Şair Balaşərif oğlu Alxasov 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur.

1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Ailəlidir, 1 oğlu, 2 qızı vardır.