Gələcəyimiz üçün 79 agac

Yaxşı ənənələri davam etdirən məktəbimizin

kollektivi bu payız möhtəşəm kampaniya keçirdi.

Ağac əkmək kimi gözəl ənənə yaşadığımız zaman üçün ən vacib əməllərdən hesab olunur. Sivilizasiyanın sürətli inkişafında qlobal faktorlar da bərabər inkişaf etməkdədir. Hələ sovetlər dövründən ölkəmizdə yeni yaranan şəhərlərdə ümummilli lider Heydər Əlyevin təşəbbüsü ilə yeni yaşıllıq sahələri salınırdı. Müstəqillik dönəmində də ulu öndər bu nəcib əməlin davam etdirilməsini dövlət təşkilatları qarşısında bir vəzifə olaraq qoydu: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir”.

Təbiət əslində insanın estetik tələbatının təminat mənbəyidir. Bu gün respublikamızın bütün bölgələrində ağacəkmə ənənəsi  davam etdirilir, payız və yaz aylarında möhtəşəm kampayalar keçirilir.

Şəhid Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin kollektivi də ulu öndərin əmanət qoyduğu ənənələrinə söykənərək bu payız günlərində iməciliklər keçirməklə məktəb ərazisində 79 ədəd şam, küknar və müxtəlif meyvə  agacları əkdi.

Kampaniyada məktəbimizin müəllimləri, yuxarı sinif şagirdləri, valideynlər iştirak etdilər.

Niyə məhz 79 ağac? Balaqusar  kənd tam orta məktəbinin indiki ərazisində məktəb 1960-cı ildən fəaliyyət göstərir və indiki tarixə kimi, yəni 2018-ci ilə kimi 58 il edir. İkinci tarixi məqam 9 noyabr Azərbaycan Bayragı Günu və 12 Noyabr Konstitusiya Gününə təsadüf etdiyi üçün bu tarixlərin şərəfinə cəmi 79 ağac əkməyə qərar verdik.

Uşaqlar, təbii olaraq, ətraf mühiti qorumağa meyillidirlər. Planetimizin ekoloji problemlərinin həllində gənclərin böyük potensialı və mühüm rolu var. Onlar ağac əkmək, təmizlik işləri aparmaq, heyvanların qayğısına qalmaq üçün öz vaxtlarını və səylərini sərf etməyə hazırdırlar.

Bu gün Azərbaycan haqqında təsəvvür təkcə burada yaşayan insanlarla bağlı deyil. Ölkəmizin çölləri, dağları, qayaları, dənizi, heyvanlar aləmi, bir sözlə, təbii mühiti də bu təsəvvürü formalaşdırır. İnsanlar anlamalıdırlar ki, təbiətə münasibət insanın özü-özünə münasibətidir.

Məktəbimizin bütün müəllim və şagird  heyəti cəmiyyətimizin, təbiətimizin sağlam inkişafı naminə hər zaman rayonumuzda gedən quruculuq və abadlıq işlərində dəstəklərini göstərəcəklər.

İnanırıq ki, rayonumuzun yaşıllıqlarla əhatə olunmasına, ətraf mühitin qorunmasına və gözəlləşməsinə töhfə məqsədilə  həyata keçirdiyimiz bu gərəkli tədbirə digər tədris müəssisələri, kollektivlər, ictimaiyyət fəalları da qoşulacaqlar.

Babacan ZƏKİYEV, 

Balaqusar kənd tam orta

məktəbinin direktoru