Prinspial görüşdə təmiz qələbə!

Həmyerlimiz Alik Rəhimxanov erməni rəqibini boğucu fənd işlətməklə məğlubiyyətini boynuna almağı məcbur etmişdir.

Gürcüstanda  MMA (Mixed Martial Arts-qarışıq döyüş sənəti) üzrə beynəlxalq turnir keçirilmişdir. Yarışlarda ölkəmizi təmsil edən qusarlı döyüşçü Alik Rəhimxanov uğurlu çıxışı ilə idman həvəskarlarını sevindirmişdir.

İlk rəqibi yerli idmançı olsa da, Alik nəinki onun müqavimətini qırmış, görüşün sonlarında fəallığını artıraraq xal hesabı ilə qələbə qazanmışdır. Püşk ikinci görüşdə Alik erməni rəqibi tuş gətirmişdir. Həmyerlimiz boğucu fənd işlətməklə rəqibini məğlubiyyətini boynuna almağı məcbur etmişdir.

Aliki qələbə münasibətilə ilk təbrik edən onun məşqçisi Elşən Şükürov olmuşdur.

Səfərdən sonra redaksiyamıza gələn idmançı hamisi haqqında demişdir:

-İdmanda qazandığım nailiyyətlərə görə Elşən müəllimə minnətdaram. Onun dəyərli məsləhətləri həmişə karıma gəlib, mənə qələbə qazandırıb.

Şəkildə: çempion və məşqçisi