Şəhərimizdə növbəti əmək yarmarkası

Yarmakada iştirak edən 64 nəfərə müxtəlif müəssisə və təşkilatlara göndəriş verilmişdir.

Qusar Rayon Məşğulluq Mərkəzi sentyabrın 7-də “Gənclər evi”ndə növbəti  əmək yarmarkası təşkil etmişdir.

Əmək yarmarkasında çıxış edən rayon icra hakimiyyətinin məsul işçisi Vadim Fərzəliyev, Dövlət Məşğulluq Xidmətinin mütəxəssisi Rəşad Əsgərli, Qusar Rayon Məşğulluq Mərkəzinin direktoru Azər Cəbrayılov tədbirə qatılan idarə, müəssisə və təşkilatlara, eləcə də işaxtaran və işsiz vətəndaşlara yarmarkanın keçirilməsinin əsas məqsədi, eləcə də mərkəzin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermişlər.

Qeyd olunmuşdur ki, yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işziz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.

Əmək yarmarkası zamanı 23 müəssisə və təşkilatlardan 193 boş iş yerləri təqdim olunmuşdur.

Boş iş yerlərini təqdim edən müəssisələrdən 16-sı dövlət, 6-sı qeyri-dövlət, 1-i isə fiziki şəxs təşkil etmişdir.

Yarmarka zamanı təqdim olunmuş boş iş yerlərindən 109-u qulluqçu, 72-si fəhlə, 12-si xidmət sahələrini əhatə edib.

Əmək yarmarkasında iştirak edən 64 nəfərə müxtəlif müəssisə və təşkilatlara göndəriş verilmişdir.