İLDƏN İLƏ KÖÇƏN ÜMİD

2009-cu ilin Novruz bayramını urvalılar səksəkə içində qarşıladılar. Baxmayaraq ki, sürüşmə ancaq bir-”Məktəb məhəlləsində 15 evə xətər yetirmişdi, bütün kənd zərəəkənlərə qahmar çıxdı, 19 ailənin 74 nəfər üzvünə qohumları, qonşuları sığıncaq verdilər.

 

 

Təbii fəlakətlər, sellər, sürüşmələr insanları zamanzaman sınağa çəkmişdir. Dağların ətəklərində, çaylardan uzaqlıqda yerləşsə də Urvanın ərazisi də sürüşməyə meyllidir. Kəndin ağsaqqalları bir urvalının güneydəki kartof sahəsinin məhsulla bərabər düzənəyeridiyiniindi də xatırlayırlar. Səhər tarlasına gedən kəndli gözlərinə inanmır: dik yamacdakı sahəsi heç bir iz qoymadan düzənə çevrilib, məhsuluna da zərər dəyməyib

 “Məktəb məhəlləsindəki sürüşməni daha çoxçökməadlandırmaq olar. Çünki əksər həyətyanı sahələrin uzunluğu dərəyə tərəf uzanmayıb: yer üstündəki yardımçı tikililərlə, kolkosla, ağaclarla bərabər çöküb.

 Bu yaxınlarda kənddə olarkən bizimlə bərabər zərəəkənlərə baş çəkən RİH başçısının Urva İƏ üzrə nümayəndəsi Süləddin İsgəndərov bildirdi ki, çökmə prosesi hələ də davam edir. Bunun ucbatından 5 evdən 6 ailə qohumlarının evlərinə köçürülüb.

 Feyzəmməd və İlham Məmmədxanovların ailələri isə doğma kəndi ümumiyyətlə tərk edib Xaçmaz rayonuna köçmüşdür.

 Bu gün nəinki ölkənin paytaxtında və rayon mərkəzlərində ucqar kəndlərində belə tikintiquruculuq, abadlıq işləri aparılır. Bu cərgədə Urva kəndi də istisna təşkil etmir. Kəndin ərazisində ildə 7 milyon kilovatt saat elektrik enerjisi istehsal edəcək su elektrik stansiyasının inşası başa çatmaqdadır. 480 şagird yerlik yeni məktəb binasında tikinti işləri sürətlə aparılır. Kənd camaatının, yerli idarəetmə qurumlarının yaxından köməkliyi ilə şəhid ailəsi olan Əliyarovlar üçün yeni fərdi yaşayış evi tikilib, “Qazanbulaqzonasında bir neçə dəbdəbəli villa ucaldılıb. Amma nədənsə sürüşmə zonasındakı ailələr üçün yeni evlərin tikintisi yubadılır.

 Guya bütün məsələlər yoluna qoyulub:kənd bələdiyyəsi torpaq sahəsi ayırıb, müvafiq təşkilatların razılığı alınıbqalır fövqəlada hallar nazirliyinin inşaatçılarının gəlib tikintiyə başlamağı. Məsələ də elə bundadır

Bizcə vaxt fövqəladə məsələni adiləşdirib. Kəndin başbilənləri gözləmə mövqeyində durmamalı, problemin həlli üçün qətiyyət göstərməli, ilişgili instansiyalarda ölkə rəhbərliyinin mövqeyi xatırladılmaqla məsələnin ciddiliyini anlatmalıdırlar. Axı ölkəmiz güclü, büdcəmiz böyük, imkanlarımız genişdir.

                           Vidadi

P.S. Qəzet çapa imzalanarkən ədliyyə nazirliyinin bələdiyyələrlə mərkəzinin Urva Bələdiyyəsinin zərəəkənlərə ev tikmək üçün 1,5 hektar torpaq sahəsi ayırmaq barədə 2009-cu ildə çıxardığı qərarı pulsuz olduğuna görə təqdir etmədiyini öyrəndik.