Yüksək etimadı doğrultmaq üçün

Cənab İlham Əliyev demişdi: “Xəstəxananın açılışı doğrudan da, böyük hadisədir, çox gözəl hadisədir. Ümid edirəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaqdır. Yəni, burada yaradılan şəraitə uyğun olmalıdır.”

Cari ilin 5 Ötən illin fevralında mərkəzi rayon xəstəxanasının açılışını edən möhtərəm prezidentimiz ayı ərzində bu səhiyyə əssisəsində görülən işlər, əhaliyə göstərilən xidmətin vəziyyəti və qarşıdakı perspektivlərlə əlaqədar müxbirimizin xəstəxananın baş həkimi Mübariz Zeynalovla müsahibəsini oxucularımıza təqdim edirik.

Xəstəxananın yeni binaya köçməsi ilə əlaqədar əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi sahəsində nə kimi dəyişikliklər var?

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə 2010-cu ildə tikintisinə başlanmış rayon mərkəzi xəstəxanası dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunaraq 2012-ci ildə rayon sakinlərinin istifadəsinə verilmişdir. Xəstəxananın açılışında iştirak edən İlham Əliyev cənabları əssisənin regionda xüsusi əhəmiyyətini vurğulayaraq artıq müayinə və müalicə üçün mərkəzəBakı şəhərinə getməyə ehtiyac qalmadığını bildirmişdir.

170 çarpayılıq xəstəxanamızda cərrahiyyə, reanimasiya, doğum, terapiya, uşaq xəstəlikləri, poliklinika, vərəm və infeksion xəstəliklər şöbələri fəaliyyət göstərir. Burada ən müasir texniki avadanlıqlarla təchiz olunmuş cərrahiyyə əməliyyat bloku, 100 çarpayılıq reanimasiya zalı, 3 doğum zalı, 3-D formatlı ultrasəs müayinə, rəqəmsal flüoqrafiya, rentgen, endoskopiya və kolonoskopiya avadanlığı, müayinələr aparmaq üçün müasir avadanlıq, EKQ və EXO kardiologiya cihazları quraşdırılmışdır.

Xəstəxana binası mərkəzləşdirilmiş istilik, havalandırma, oksigen təminatı, fasiləsiz su, elektrik enerjisi və kanalizasiya sistemi ilə təchiz olunmuşdur.

Təzə xəstəxanadakı şərait rayon sakinləri tərəfindən necə qarşılanır?

Xəstəxanada yaradılmış şəraitlə əlaqədar istər ambulator, istərsə də stasionar müraciətlərin sayında böyük dinamik artım müşahidə olunur. Hazırda burada 100 nəfərdən artıq xəstə stasionar müalicədədir, ambulator müalicədə olanların sayı isə daha artıqdır. Qonşu rayonlardan da müayinə və müalicəyə gələnlərin sayında artım vardır. Aparılan ümumi cərrahi, travmatoloji və ginekoloji əməliyyatların spektri və keyfiyyətində nəzərə çarpacaq dinamika qeyd olunur. Əməliyyatdan sonrakı müddətdə reabilitasiyanın qabaqlayıcı tədbirləri icra olunur.

Təzə xəstəxənaya köçdükdən sonra endoskopiya, exokardioqrafiya, kolonoskopiya, elektroensiploqrafiya kimi müayinə üsullarının tətbiqinə imkan yaranmışdır. Stasionar xəstələrin sayının artması onların ərzaq və dərman pereparatları ilə təmin olunmasında əyyən çətinliklər yaratmışdır ki, onları aradan qaldırmaq üçün müvafiq icra orqanlarına müraciət etmişik.

Büdcə vəsaiti hesabına Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıya əsasən 166 adda ən vacib dərman pereparatları və tibbi ləvazimat xəstəxananın aptekinə daxil olur və bölgüyə əsasən müvafiq şöbələrə və kənd tibb əssisələrinə paylanır.

Xəstəxanada olmayan əyyən ixtisas həkimlərinin Səhiyə Nazirliyinin köməyilə briqadalar şəklində dəvət olunması, rayon əhalisinə ixtisaslı tibbi yardımın göstərilməsi tədbirləri sakinlər tərəfindən razılıqla qarşılanır. Bu yaxınlarda Milli Oftalmologiya Mərkəzinin səyyar göz klinikası rayonumuzda olmuş, 13 nəfərdə göz əməliyyatı aparmışdır. Belə tədbirlərin kampaniya xarakterli deyil, vaxtaşırı keçirilməsini nəzərdə tutmuşuq.

Nəqliyyat sarıdan problemlərimiz var. Hazırda sərəncamımızda 11 nəqliyyat vasitəsi var ki, onların dördü tamamilə yararsız vəziyyətdədir. Məsələ ilə əlaqədar müvafiq təşkilatlara etdiyimiz müraciətin yaxın vaxtlarda müsbət həll olunacağı gözlənilir.

Doğum şöbəsində ana və uşaqların sağlamlığının qorunmasına necə qayğı göstərilir?

-2011-ci ildə 912, 2012-ci ildə 1094, 2013- ilin 5 ayı ərzində 461 diri doğuş qeydə alınmışdır. Bu sahədə qarşıda duran ən ümdə vəzifələrdən biri ana və uşaqların sağlamlığının mühafizəsidir. Bu məqsədlə ElmiTədqiqat Mamalıqginekologiya və ElmiTədqiqat Pediatriya institutlarının həkim mütəxəssisləri ilə sıx şəkildə işlər həyata keçirilir. Uşaq anadan olandan sonra müxtəlif xəstəliklərə qarşı profilaktik peyvənd aparılması icra olunur.

Xəstəxanada çalışan tibb işçiləri, onların ixtisaslarının artırılması, maddi və mənəvi həvəsləndirilməsi vəziyyəti necədir?

Xəstəxanamızda ştat vahidi üzrə 120 həkim, 400-ə yaxın orta tibb işçisi çalışır, 12 həkim yeri vakantdır. Bu məlumatlar Səhiyyə Nazirliyinin internet saytında yerləşdirilmişdir. Səhiyyə naziri cənab Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən həkimlərin ə qəbulu mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilir.

Əmək Məcəlləsinə edilmiş yeni dəyişikliyə əsasən praktiki tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanları tətbiq olunmağa başlanmışdır. Tİbb işçilərimizin əksəriyyəti bu imtahanlardan müvəffəqiyyətlə keçib müvafiq sertifikatlar əldə etmişdir. Bu sahədə neqativ halların qarşısını almaq üçün tədbirlər görürük. Həkimlərin ixtisasartırma və təkmilləşdirilməsinə xüsusi diqqət ayrılır, onlar vaxtaşırı təkmilləşdirmə kurslarına və yerlərində təcrübə toplamaq üçün daha yüksək ixtisaslı tibb əssisələrinə ezam olunurlar.

Həkimlərin Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının xəttilə yubiley tədbirləri, maddi və mənəvi rəğbətləndirmə stimulları həyata keçirilir. 17 iyuntibb işçilərinin peşə bayramı münasibətilə veteranlar üçün xüsusi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Yoluxucu xəstəliklərin aradan qaldırılması və şəkərli diabetlə bağlı nə kimi tədbirlər görülür?

Xəstəxanamızın vərəm şöbəsi 20 çarpayılıq olmaqla ayrı korpusda yerləşir. Xəstələr I sıra vərəm əleyhinə dərmanlarla dövlət tərəfindən fasiləsiz təmin olunur, II sıra vərəm əleyhinə dərmanlar isə ciyər xəstəlikləri institutunda fəaliyyət göstərən müvafiq komissiyanın rəyinə əsasən təmin olunur. Xəstələrin stasionar müalicə olunması və fasiləsiz, sxematik, nizamlı dərman qəbulu vərəmli xəstələrin tamamilə sağalmasına və əmək qabiliyyətinin bərpa olunmasına zəmanət verir. Digər infeksion və parazitar xəstəliklər müvafiq şöbələrdə həkiminfeksionist tərəfindən müalicə olunur.

Şəkərli diabet xəstələrinin şəkərsalıcı dərmanlarla və özünə nəzarət aparatları ilə təminatı tamamilə büdcə vəsaiti hesabına aparılır. Dispanserdə 1300 nəfərdən artıq şəkərli diabet xəstəsi qeydiyyatdadır və vaxtaşırı nəzarətdə saxlanılır.

Tibb işçilərinin peşə bayramı münasibətilə arzularınız.

Fürsətdən istifadə edərək ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yaranması tarixi, yəni 17 iyun tibb işçilərinin peşə bayramı günü münasibətilə bütün xalatlı sağlamlıq keşikçilərini, həmçinin veteran tibb işçilərini təbrik edir, onlara müqəddəs peşələrində uğurlar, cansağlığı arzulayıram.

Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində atılan addımlar, onların sırasında Qusarda müasir tibb ocağının istifadəyə verilməsi onun vətəndaşlarına göstərilən qayğının bariz nümunəsidir. Xəstəxananın açılışı mərasimindəki çıxışında möhtərəm prezidentimiz cənab İlham Əliyev qarşımıza çox mühüm vəzifələr qoydu. Biz tibb işçilərinin öhdəsinə insanlarımızın sağlamlığının keşiyində durmaq kimi şərəfli missiya düşür.   Bu məsuliyyəti daim hiss edərək həmin vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə çalışacağıq.

Maraqlı müsahibəyə görə sağ olun.                                    

Söhbətləşdi: Müzəffər SALMANOV,

Qusarın müxbiri