Bu torpaq onun övladlarının əlləri ilə bərəkətlənməlidir

Sahibkar xanım Böyük Muruq məktəbindəson zəngmərasiminin qonağı oldu.

Hazırda bağlarda, zəmi və tarlalarda işlərin qızğın çağıdır. Fermerlər texnika, gübrə, su harayında, toplayacaqları məhsulu reallaşdırmaq üçün müştəri, bazar sorağındadırlar. Amma hamı yox… Redaksiyamıza zəng vuran sahibkar xanım Jalə Əmirbəyovanın həmkarları ilə müqayisədə qəribə təklifi bizi həm təəccübləndirdi, həm də sevindirdi: –Böyük Muruq məktəbinə, “son zəngə gedirik, səfər yoldaşı olmaq istəyirsinizmi?  

Böyük Muruq kəndinin yeni məktəbində Jalə xanımı doğma kimi mehribançılıqla qarşıladılar. Cəmi 5 nəfər 11-ci sinif şagirdi olsa da, “son zəngmərasiminə hərtərəfli hazırlıq görülmüşdü.

Məktəbin həyətində düzənlənən tədbiri açan təhsil ocağının direktoru Əzizə Səlimxanova şagirdləri, xüsusən də 9 və 11-ciləri təbrik edərək, onlara qarşıdakı imtahanlarda, müstəqil həyat yollarında uğurlar dilədi.

Sahibkar Jalə Əmirbəyova məktəb kollektivini, şagirdləri və valideynləri əlamətdar və unudulmaz gün münasibətilə təbrik edərək məzunların hər birinə pul mükafatı və hədiyyə verdi:

Bu gün öz məktəb illərimi, gəncliyimi xatırladım, kövrəldim, həm də sevindim. Qarşımda özümü   ciddi, xalqımıza, dövlətimizə daha çox xeyir verə biləcək bir işdə sınamaq şansı yaranıb. Şirvanovka, Əcəxür, Böyük Muruq kəndlərində və obalarında torpaq sahələri alıb zəmi, bağ, üzüm plantasiyaları salmaq, fermalar, emal əssisələri yaratmaq niyyətimiz var. Amma bu işləri peşəkar mütəxəssislərin köməyi olmadan həyata keçirmək qeyrimümkündür.

Mən Şirvanovka və Əcəxür məktəblərində olmuş, bu təhsil ocaqlarının məzunları ilə söhbətlər aparmışam. Məramımız budur: bu torpağın üstündə sizonun övladları, yetirmələri çalışmalıdırlar. Sizə peşə təhsili almaqla köməklik göstərməyə, gələcəkdə normal məvacibli yeri təklif etməyə hazırıq. Gəlin ələlə verib rayon iqtisadiyyatını dirçəldək, ölkənin etibarlı ərzaq təminatına sanballı pay qataq.

Görüşdə çıxış edən bu məktəbin yetirməsi və əllimi Bağır Badamov dedi:

Jalə xanım, valideynlərinizi yaxşı tanıyıram. Kübar, ziyalı nəslindənsiniz. Ananız Sənubər xanım universitetdə mənə dərs deyib, bir mütəxəssis kimi yetişməyimdə zəhmət sərf edib. Sizin təklifiniz sadəcə cəlbedici deyil, eyni zamanda olduqca gərəkli və vacibdir. Sabahkı kəndimizə savadlı, bacarıqlı peşəkarlar olduqca vacibdir.

Çıxış edən valideyn və əllimlərLalə Əlimuradova, Vüqar Vəlimətov, Zülfüqar Alxasov, məzunlarEdvin İsmayılov, Asəf Bağışov və başqaları Jalə xanıma təşəkkürlərini bildirərək peşə seçimində kənd təsərrüfatı ixtisaslarına üstünlük verəcəklərini söylədilər.

Sahibkar xanım məktəblə daim əlaqə saxlamağa, əllim və şagirdlərə maddi və mənəvi dəstək olacağına söz verdi.         

 Qusar