Şagirdlərim olmasa…

Onunla yaxından tanış olmayan, ikilikdə oturub həmsöhbət olmayan hər kəs elə düşünər ki, həmişə qayğılı görünən, üzündə daim ciddi bir ifadə olan bu adam çox sərtxasiyyət, təkəbbürlüdür. Amma bu günlərdə 60 yaşı tamam olmuş həmin şəxsləPiral kənd tam orta məktəbinin əllimi Hikmət Şəfiyulla oğlu Hüseynovla çox yox, onon beş dəqiqə danışdıqdan sonra görürsən ki, bu adam yalnız riyaziyyat əllimi deyil, geniş dünyagörüşə malik bir pedaqoq, gözəl ailə başçısı, təkcə özünü yox, gələcəyimiz olan gənclərin bütün qayğıları ilə yaşayan, daim axtarışda olan bir ziyalıdır.

1953- il aprelin 8-də Piral kəndində ziyalı ailəsində anadan olmuş, 1967-ci ildə Piral kənd orta məktəbinin 8-ci sinfini, 1969-cu ildə Bakı şəhəri 1 saylı riyaziyyat təmayüllü internat məktəbini bitirərək Bakı Dövlət Universitetinin mexanikariyaziyyat fakultəsinə daxil olmuş, 1974- ildə oranı fərqlənmə diplomu ilə bitirərək rayonumuzun Qaratoba kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

1977-ci ildən Piral kənd orta məktəbində riyaziyyat əllimi, 1979-cu ildən həmin məktəbdə təlimtərbiyə işləri üzrə direktor müavini, 1980- ildən Piral kənd orta məktəbinin direktoru, 1989-cu ildən Qusar RTŞdə inspektor, 1991-1992-ci illərdə Qusar Rayon İcra Hakimiyyəti başçısının Piral kənd İƏ üzrə nümayəndəsi vəzifələrində işləmişdir.

Hikmət Hüseynov səmərəli fəaliyyəti və yaxşı işinə görə dəfələrlə rayon təhsil şöbəsinin fəxri fərman və mükafatlarına layiq görülmüş, 1987-ci ildə Azərbaycan KP MKnın Fəxri Fərmanı ilə təltif edilmişdir.

Rəhbərlik etdiyiRiyaziyyat dərnəyinin şagirdləri Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 40 illiyi münasibətiləMatematika v şkolejurnalının keçirdiyi müsabiqədə keçmiş SSRİnin respublikaları, eləcə də Bolqarıstan, Rumıniya, Çexoslovakiya və s. respublikalarının ali məktəb və ümumtəhsil məktəbləri arasında III yer tutaraq adı çəkilən jurnalınFəxri Fərmanı ilə təltif edilmişdir. 2000 və 2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyiRespublika pedaqoji mühazirələrinin qaliblərindən biri olmuş, nazirliyin əmri ilə çapa təsdiq olunmuş 10 adda kitab və metodiki vəsaitin əllifidir.

Hikmət əllimQusarın yaxın dostudur. Artıq bir neçə ildir ki, rayon qəzetindəMaraq və məntiqrubrikasını aparır, vaxtaşırı oxucularla pedaqoji mülahizələrini bölüşür.

Əgər şagirdlərim olmasa, kiminsə məndən öyrənməyə ehtiyacı olmadığını bilsəm, həyatı mənasız sayardım“,-deyən Hikmət əllim bu gün ömrünün müdriklik çağını yaşayır.

Taleyini uşaqların təlim və tərbiyəsi kimi şərəfli peşəyəəllimliyə bağlayan, xoşbəxtliyini yetirmələrinin nailiyyətlərində axtaran Hikmət əllimə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır və kim olursa olsunhər bir babanın ən böyük arzusunu diləyirik: “Nəvə toyu görəsiniz, Hikmət əllim!”

                                                                                                  Qusarın kollektivi