ŞEYX CÜNEYD TÜRBƏSİNİN KİTABƏSİ HAQQINDA

Həzrə kəndindəki bu məqbərə rayonumuzun orta əsrlərə aid maraqlı tarixə və üsluba malik abidələrindən biridir. Planı daxildən və xaricdən düzbucaqlı olan tikilinin içində vaxtilə Şeyx Cüneydin qəbri olub. Qəbrin üzərindəki sənduqə bərk ağacdan şəbəkəli çərçivə ərisinə alınmışdır. Üzərində minbərin olması türbədən bir zaman məscid kimi istifadə olunduğunu göstərir.

   Üstü böyük bir gümbəzlə örtülmüş türbənin məqbərənin qərb qapısı üzərində ərəb dilində nəsx xəttilə həkk olunmuş yeddi sətirdən ibarət kitabə vardır. Kitabədən görünür ki, abidə hicri 951-ci ildə tikdirilmiş, türbədə dəfn olunmuş Şeyx Cüneyd Səfəvi Ərdəbil şeyxlərindəndir. XV əsrin əvvəllərində Azərbaycan ərazisində Kür çayından cənubda Qaraqoyunlu, şimalda isə Şirvanşahlar dövlətləri olmuş, həmçinin bu dövlətlərlə yanaşı Səfəvilərin idarə etdikləri müstəqil Ərdəbil şeyxliyi fəaliyyət göstərmişdir.

   Əvvəllər onların əllərində yalnız ruhani hakimiyyəti mərkəzləşdiyi halda, sonralar şeyxlər siyasi hakimiyyətə iddia etməyə başladılar. XV əsrin ikinci yarısında Qaraqoyunlu dövləti tənəzzül etməyə başladığına görə Şeyx Cüneyd bundan istifadə etmək qərarına gəlir. Çərkəzlərlə müharibə etmək bəhanəsi ilə o, öz qoşununu Şirvana yeritmək qərarına gəlir.

   Şirvanşah I Xəlilullah Qaraqoyunlu hökmdarı Cahanşahla Şeyx Cüneydə qarşı ittifaq bağlayır. 1460- ildə Samur çayı sahilində baş vermiş döyüşdə Şeyx Cüneyd məğlub edilir, özü isə öldürülür və yaxınlıqdakı Yarqun (Həzrə) kəndində dəfn edilir. Zaman ötdükdən sonra onun qəbri yerli əhalinin ziyarətgah yerinə çevrilmişdir.

Şirvanı işğal edən I Şah Təhmasib (1524-1576) babasının qəbri üstündə türbə tikdirir. Türbənin tikintisinə I Şah Təhmasibin vəziri Ziyaəddin Nizamülmülkün oğlu Ağa Məhəmməd bilavasitə rəhbərlik etmişdir.

Kitabənin azərbaycan dilinə tərcüməsi belədir:

“1. Bu mübarək və yüksək imarəti, kəramət sahiblərinin sultanı, həqiqi dostların nümunəvisi (Allahın rəhmətinə) yetişmişlərin, ariflərin rəisi, düz yolla gedən biliklilərin rəhbəri, həqiqət mülkünün sahibi;

2. Hər iki dünyanın tanrısının rəhmətinə ehtiyacı olanların mürşidi, öz biliyi ilə dövlətli olan Şeyx Cüneyd Səfəvi Allah onun məqbərəsini işıqlandırsın və abidəsini yüksəltsin məzarı üzərində, əzəmətli sultan, nəcib və ədalətli xaqan;

3. Ərəb və əcəm hökmdarlarının ağası Allahın hər iki dünyada (olan) ən nəcib kölgəsisuyun və qurunun qəhrəmanı, dinin, dünyanın, xilafətin və səltənətin qüdrəti, Mustafanın (Məhəmməd peyğəmbərin ə.s.) şəriət qaydalarını yayan, mürtəzəvi təriqətinin (yəni şiəliyin) əsasını qoyan, ehsanlar məliki;

4. Allah rəhməti ilə müvəffəqiyyətlənmiş, ehtiyacsız Allaha təfəkkül eləyən, Sultan oğlu Sultan Əbülmüzəffər şah Təhmasib əlHüseyni Bəhadır xanınAllah onun hökmranlığını və sultanlığını daimi etsin və hər iki dünyanı onun yaxşı ehsanı ilə feyzləndirsin;

5. Öz qəlbini, biliyini Allaha və bəşər aləminə həsr etməkliyi ilə həzrətlərindən seçsinhökmranlığı zamanında səadət və əzizlik sahiblərinin ən fəxrisi, vahid Allahın rəhmətinə qovuşmuş Xacə Fəxrəddin Əhməd Fərahininyüksək Allah onun şükürlərini, səylərini və yaxşı işlərini qəbul etsinoğlu tayfaların pənahgahı olan böyük vəzir həzrətləri;

6. Allah rəhmətinə getmiş Ziyaəddin Nizamülmülk oğlu ən yüksək vəzirlərin vəziri, hökmdar və valilərin bəyənilmişi, xalqın bütün üzvlərinin tədbirçisi, xalqın yaxşı işlərinə zamin olan, əmmamə sahiblərinin xidmətkarı;

7. Kəramət sahiblərinin itaət olunmuşu, yaxşı işlər binalarının banisi, ehsan və edənlərin çalışqanı, vahid Allahın mehribanlığı ilə seçilmiş əzizlik və vəzirlik fələkinin günəşi Ağa Məhəmməd doqquz yüz əlli birinci ildə tikilməsinə müvəffəq olmuşdur” (951 h.t.-1544/45 m.t.).

B.Dornun fondunda onun dövründə türbə kompleksində mövcud olmuş digər kitabələrin mətnləri saxlanılır. (Arxiv AN RF v Peterburqe. Fond akademika B.Dorna, -776, opisğ 1, l.l. 122, 122 oborot, 123 oborot)

1. Qəbrin yaxınlığında yerləşən hücrənin yuxarı mərtəbəsində həkk olunmuş kitabə:

Əgər dünya bir adamdan ötrü əbədi olsaydı, onda (ölməz) peyğəmbərlər üçün bu həmişəlik olardı.

Çətin ki, bir adam ölümdən xilas ola, o zaman Məhəmmədin (ə.s.) silahdaşları ölümdən xilas olardılar.”

2. Qəbirin şərq tərəfindəki kitabə:

Ey siz inananlar, öz sədəqələrinizi məzəmmət və inciklik ilə boş şeyə puç etməyin. Bu yüksək, mübarək imarətin tikilməsi tarixi

3. Hücrənin aşağı mərtəbəsində həkk olunmuş kitabə: “Ey bu kitabəyə baxan, Kitabənin və onun sahibinin bağışlanmasını Allahdan xahiş elə

4. Şərq divarında həkk olunmuş kitabə:

Şeyx CüneydinAllah ona rəhmət eləsin. Dəfn olunması tarixi və bu işıqlı mübarək binanın tikilməsi tarixi 951ci ildir. Onu Əbdül Qəni əlVəndami yazdı.”

   Kitabədə sadalanan titulatura görə onun Səfəvilər dövləti Ali Divanının (Divani Ali) vəziri olduğunu əyyən etmək olar.

İsgəndər Münşi öz əsərində I Şah Təhmasibə xidmət edən 12 vəzirin adını çəkir və Ağa Məhəmməd bu siyahıda səkkizincidir. Bu vəzirlərin yalnız dördü, o cümlədən həm də Ağa Məhəmməd alim idi. Onun təhsilliliyi və alimliyi türbədə həkk olunmuş yazılardan da aydın görünür.

   Mənbə: Neymat M.S. Korpus epiqrafiçeskix pamyatnikov Azerbaydcana. T.4. Arabopersotyurkoyazıçnıye nadpisi KubaXaçmazskoy zonı i Yujnoqo Daqestana (VIIInaçalo XX vv.).

                                                                                                                      

Nurlan“-2008.