Bahar soraqlı, xoş ovqatlı bayram

İlıq, ilk yaz səhərinin havası olsa da qusarlılar bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramını keçirmək üçün ənənəvi ünvanaşəhərin general Mahmud Əbilov adına mərkəzi meydanına axışmışdı.

Yazın gəlişi bütün zamanlarda insanlarda əsl bayram ovqatı yaradıb. Bahar bayramını hər dəfə yeniliklərlə qarşılamaq şəhərimizdə də ənənə şəklini alıb. Təbiətə canlılıq gətirən, insanların qanını coşduran bu fəslin gəlişini el təntənə ilə bayram edir. Eveşikdə, həyətbacada təmizlik işləri aparılır, ləziz yeməklər, növbənöv şirniyyatlarla bəzədilmiş, səməninin şahlıq etdiyi süfrələr açılır. 2013- ilin bahar bayramını qarşılayan Qusarın küçələri, binaları Novruzun rəmzi olan səmənilər əks olunan aləlvan plakatlarla bəzədilmişdi.

 Əllərində Dövlət bayraqları tutmuş milli geyimli oğlan və qızlar, alaqumaşa bürünmüş atlar, arxasıncaNovruz gözəliəyləşən fayton musiqiçi və rəqqasların müşayiəti ilə şəhərin küçələri boyu hərəkət edərək camaatı şənliyə səsləyirdilər. Sonuncu dayanacaq yüzlərlə qusarlının həyəcan və sevinclə gözlədiyi məşhur sərkərdənin adını daşıyan meydan oldu. Bayram tonqalının çatıldığı, səmənilərlə bəzədilmiş, qədim sənətkarlıq nümunələrinin, məət əşyalarının yer aldığı, gənc güc və sim pəhləvanlarının məharətlərini göstərdikləri meydana çatan atlılar əllərindəki məşəllərlə bayram tonqalını alışdırdılar. Novruz gözəli Bahar xanım musiqi sədaları altında faytondan düşürülərək meydana gətirildi. Bayram şirniyyatları ilə bəzədilmiş xonçası ilə qonaqlara yaxınlaşan Bahar qızı Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova, hüqüqmühafizə orqanlarının rəhbərlərinə, ictimai təşkilatların nümayəndələrinə bayram şirniyyatı payladı, yumurtalar döyüşdürüldü. Şənlik iştirakçıları rayonun əksər kəndlərinin öz adətənənələrinə uyğun qədim əşyalarlı, mətbəx nümunələri ilə tanış oldular.  Cəhrə əyirən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları da alqışlarla qarşılandı. İdmançıların birbirindən maraqlı çıxışları, gənclərin qol güclərini nümayiş etdirməsi, milli oyunların göstərilməsi hamının marağına səbəb oldu. Kəndirbazın və onun kosasının çıxışları isə daha yadda qalan oldu. Onların rəngarəng nömrələri, xalq rəqsləri alqışlarla qarşılandı.

 İcra başçısı və onu müşayiət edən ictimaiyyətin nümayəndələri ayrıayrı kəndləri təmsil edən folklor ansambllarına, öz məharətlərini nümayiş etdirən idmançılara, kabab, plov bişirən, nehrə çalxalayan insanlara yaxınlaşaraq onlarla bayramlaşmış, xoş arzularını bildirmiş, xalq oyunlarını, yarışmaları izləmiş, bayram masası arxasında əyləşmişlər.

 Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam etmişdir. Novruzun əsas atributları olan şəkərbura, paxlava, habelə yaşıl səməni ilə bəzədilən meydanda yumurta döyüşdürülür, kosa və keçəl başlarına gələn əhvalatları yamsılamaqla bayram ovqatını daha artırmış, mədəniyyət və incəsənət ustalarının ifasında səslənən qədim el havaları, milli musiqi nümunələri rayon sakinlərində əsl bayram ovqatı yaratmışdır.