Könül, həyat nəğməsi-analıq!

Onlar dünyanın ən möhtəşəm himninikörpə qığıltısıı birinci dinləyirlər.

Azərbaycan Respublikası Xalq Səhiyyə Komissarlığının göstərişi ilə 1932-ci il mayın 3-də Qusarda 16 çarpayılıq xəstəxana açılandaHil rayon xəstəxanasıadı ilə fəaliyyət göstərən bu stasionar səhiyyə əssisəsinin ştat cədvəli xüsusi maraq doğurur: 1.Xəstəxana müdiri-1,0; 2. İkinci həkim-1,0; 3.Feldşer – 1,0; 4. Kargüzar, həm də təsərrüfat müdiri-1,0; 5. Şəfqət bacısı-3,0; 6. Mama-1,0; 7.Kiçik tibb işçisi-3,0; 8. Aşpaz-1,0; 9.Paltaryuyan-1,0; 10.Mehtər-1,0.

İndirayon mərkəzi xəstəxanasının yeni, müasir, dünya standartlarına uyğun binaya köçdüyü vaxtda, bu fakt və rəqəmlər üzlərdə təbəssüm, gülüş doğura bilər. Bu gün doğum şöbəsinin ixtiyarına hər cür inventar və avadanlıqla təchiz olunmuş bir mərtəbə verilib. Burada 57 nəfər tibb işçisi qadınlığın ən ülvi duyğusu olan ana olmaq məqamında xanımlarımıza şəfqət göstərir.

Şöbənin müdiri Anjela Əlifxanova üçün isə bu il yeni xəstəxanaya köçməkdən əlavə daha iki təqvimlə əlamətdardır. Cari il o, 55 illik yubileyini, həmçinin əmək fəaliyyətininn 30 illiyini qeyd edəcəkdir. 1983- ildəntibb universitetini bitirdikdən bəri səhiyyənin bu sahəsində çalışan Anjela xanım 1991-ci ilədək rayon qadın məsləhətxanasının, 1991-1996- illərdə doğum evinin baş həkimi vəzifələrində işləyib. 2010-cu ildən MRXnın doğum şöbəsinin müdiri, rayonun baş mamaginekoloqu vəzifəsində çalışan Anjela Əlifxanova şərəfliyi ilə yanaşı məsuliyyətli olan işinin öhdəsindən bacarıqla gəlir.

Baharın ilk və ülvi bayramı olan 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində kollektiv üzvlərinin hamısının, eləcə dəqonaqlarınında yüz faiz qadın olduğu bu əssisədən fotoreportaj hazırlamağı qərara aldıq. Çünki qadının ən ülvi məqamı ana olmaq şərəfidir. Analıq könül və həyat nəğməsidir. Cəmiyyətin inkişafında və formalaşmasında və ya əksinə, dağılmasında əsas rolu oynayan yenə də anadır. Cəmiyyətin xilası ana adını ləyaqətlə daşıya biləcək şəxslərin əlindədir. –Əvvəllər çox yöndəmsiz, heç bir şəraiti olmayan binada yerləşmişdik,- şöbə müdiri söyləyirelektrik peçi, yorğan və s. ilə doğuşa gələn xanımların, qohuməqrəbanın yanında xəcalətli idik. Yeni binada hər cür şəraitimiz var.

Kollektivimiz gəncdir. Son bir neçə ildə Milana Babayeva, Viktoriya Pirseyidova, Yelena Tağıyeva, Günel Nəcəfzadə kimi gənc mütəxəssislərümumiyyətlə yeddi nəfər ali təhsilli mamaginekoloq, həkimneonatoloq təyinatla ə gəlib. Təzə bina da düşərli olub deyəsən. Ötən ilin ilk iki ayında 147 doğuş qəbul etmişdiksə, bu ilin eyni dövründə şöbədə 270 uşaq dünyaya göz açıb.

Körpə sevincinin nə olduğunu onun qığıltısını eşitməyin həsrətini çəkənlər, övlad sahibi ola bilmək üçün illərlə müalicə olunanlar, Allahın göndərdiyi bu bəxşişi qəbul edəndə göz yaşlarına sahib olmayanlar daha yaxşı bilərlər.

Dünyada körpə qığıltısından möhtəşəm himn tanımıram”-deyb dahilərdən biri. Qoy övladlarımızı birləşdirən, doğmalaşdıran bu məkanda səslənən himnin sədaları bütün ailələri qürurlandırsın. Ana olmağa hazırlaşan, onlara şəfqət göstərmək üçün gecəgündüz növbədə olanlar, bayramınız mübarək!