Kartof çörəyi əvəz edə bilməz

Noyabrın 1-də peşə bayramlarını qeyd edən kənd əməkçilərimiz ili yaxşı göstəricilərlə başa vurmaq əzmindədirlər.

 Artıq tarlaların, bağların, plantasiyaların məhsulu yığılaraq ambarlara, soyuduculara daşınıb.

 Rayon statistika idarəsinin aparıcı mütəxəssisi Əhmədəli Balakişiyevin redaksiyamıza verdiyi məlumata görə 2342 hektarda kartof yetişdirən əməkçilər 207. 228 sentner məhsul yığmağa müvəffəq olmuşlar.

 

 Eləcə də 166.443 sentner tərəvəz, 57.456 sentner meyvə, 550 sentner üzüm tədarük olunmuşdur.

 Payızlıq əkində də müsbət irəliləyiş var. Artıq 21.200 hektarda şum qaldırılmış, 16.800 hektarda payızlıq dənlilərin səpini həyata keçirilmişdir.

 Bununla belə səpinin gedişi ötən ilin eyni dövrü ilə müqayisədə zəifdir. Belə ki, 2011-ci ilin bu günü üçün 18.100 hektarda səpin aparılmışdı.

 Havalara ümid olmadığı üçün səpinin sürətini artırmaq, əlverişli keçən hər günün imkanlarından maksimum yararlanmaq vacibdir.

 Kartofumuz nə qədər bol olsa da, o çörəyi əvəz edə bilməz.