Atamın, babamın, atamın babasının qəzeti

Bu evdə mütaliəni çox sevirlər.   “Qusar”ı isə elə nəşr olunduğu ildən oxuyurlar. Əmək veteranı, yaşı 90-nı haqlamaqda olan İsmayıl müəllim ötən əsrin 70-ci illərində bir neçə il onun məzuniyyətdə olan redaktorlarını da əvəzləyib, rayon partiya təşkilatında məsul vəzifədə çalışdığı illərdə də, sonralar da redaksiyanın fəaliyyəti ilə ciddi maraqlanıb. Oğlu, vergi orqanlarında çalışan Sənan, onun oğlu rayon telekommunikasiya qovşağının baş mühəndisi Rüstəm “Qusar”ın daimi təəssübkeşləridirlər. Rüstəmsiz redaksiyanın işi xüsusilə çətin olardı: ayda, rübdə bir dəfə kompüterlərə “əl gəzdirməsə”, proqramlarını təzələməsə, sadəcə çətin vəziyyətdə qalardıq. Kiçik İsmayıl isə artıq yazmağı, oxumağı öyrənib.

Biz ailənin ancaq “oxuyan kişiləri”ni sizə təqdim etdik. Amma bu evin zərifləri-xüsusilə Dilarə xanım “Qusar”ın birinci oxucusudur.

Ailə qəzeti olan “Qusar”ın 80 illik yubileyi Qusarda onlarla, yüzlərlə ailənin bayramıdır. Ona görə “bayramınız mübarək!” deyirik.