AZƏRBAYCAN İDMANÇILARININ UĞURLARI İLƏ FƏXR EDİR

Medal sayına görə 25-ci, xal hesabına görə 27-ci, qızıl əyarına     görə isə medal qazanan 85 ölkə arasında 30-cu yerə yüksəlmişik!
London
-2012 rəsmən başa çatdı. Ənənəvi olaraq şouproqram məşhur müğənnilərin çıxışları ilə başlayan mərasim sonda olimpiya bayrağının təhvil verilməsi ilə başa çatıb.
London
olimpiadasının qalibi ABŞ yığması (104 medal) olub. Çin yığması (87) ikinci, meydan sahibi Böyük Britaniya millisi isə 65 medalla olimpiadanı 3- pillədə başa vurub. Ümumilikdə London olimpiadasında 10 medal qazanan Azərbaycan siyahıda 30-cu pillədə qərarlaşıb.
XXX
London Yay Olimpiya Oyunlarının bağlanış mərasimi dünya ölkələri olimpiyaçılarının yürüşü ilə başlanmışdır. Müxtəlif ölkələrin idmançılarının birgə yürüş ənənəsinin təməli 1956- ildə qoyulmuşdur.

Bu yürüş idmanın birləşdirici qüvvəsinin rəmzidir. Tədbirin gedişində olimpiadada iştirak etmiş bütün ölkələrin nümayəndələri öz bayraqları ilə birgə mərasimin keçirildiyi stadiona daxil olublar.
Azərbaycan
bayrağını olimpiadada ölkəmizə ilk qızıl medal qazandıran Toğrul Əsgərov dalğalandırıb.
Oyunların
bağlanış mərasimindəBritaniya musiqisi simfoniyasıkonserti olmuşdur. Konsertdə müasir kompozisiyalar klassik musiqi əsərləri səslənmişdir. Konsert çərçivəsində ingilis bəstəkarı Edvard Elqarın əsərləri səslənmiş, “Museqrupu Adel, Corc Mayklın mahnılarını ifa etmişdir. “Britaniya musiqisi simfoniyasıkonsertində dörd mindən çox musiqiçi iştirak etmişdir.
XXX
London Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli təntənəli surətdə söndürülmüşdür. Sonra üç ölkənin Olimpiya oyunlarının vətəni Yunanıstanın, Böyük Britaniyanın növbəti – 2016- il Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın bayraqları qaldırılmışdır.

Müstəqillikdən sonra 5-ci olan London Yay Olimpiya Oyunlarında iştirak edən ölkəmiz iştirakçılarla yanaşı, medal sayını da artırdı. Bu dəfə idmanın 16 növündə 53 idmançının yer aldığı Olimpiya yığmamız Vətənə 10 medalla qayıdıb ki, bunlardan 2-si qızıl, 2-si gümüş, 6- bürüncdür.

 

Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kiloqram) Şərif Şərifov (84 kiloqram) Olimpiya çempionları olmuş, Xetaq Qazyumov (96 kiloqram) bürünc medala layiq görülmüşdür. YunanRoma güləşi üzrə yarışlarda Rövşən Bayramov (55 kiloqram) ikinci yeri tutmuş, Emin Əhmədov (74 kiloqram) isə bürünc medal qazanmışdır. Qadınlar arasında güləşçimiz Mariya Stadnik (48 kiloqram) Olimpiadanın gümüş medalına sahib olmuş, Yuliya Ratkeviç (55 kiloqram) isə üçüncü yeri tutmuşdur. Boksçular Teymur Məmmədov (91 kiloqram) Məhəmmədrəsul Məcidov (91 kiloqramdam çox) bürünc mükafatlara layiq görülmüşlər. Azərbaycanın ağır atleti Valentin Xristov isə (56 kiloqram) bürünc medal qazanmışdır. Beləliklə, Azərbaycan əvvəlki olimpiadalarda qazanılmış medalların sayına görə rekordunu təzələmişdir.

Dövlət başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Böyük Britaniya Şimali İrlandiya Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat; ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat; üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat ödəniləcəkdir.

London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları on medal qazanaraq daha möhtəşəm qələbəyə imza atdılar.