Çiləgirdə məktəb

Tikinti, quruculuq, abadlaşdırma, yaradıcılıq həyatımızın atributu, tələbidir. İnsanların yaşayış motivi tərəqqidir.

Ölkəmizdə təhsil sisteminə verilən xüsusi önəmin nəticəsidir ki, rayonumuzda da neçəneçə təhsil ocağı tikilib istifadəyə verilmişdir.

Hazırda Çiləgir kəndində 180 şagird yerlik məktəb tikintisində qızğın gedir. İki mərtəbəli, qazanxana sistemi, idman zalı, iki ədəd su çəni ilə təchiz olunacaq məktəb binası RİHnin sifarişi ilə rayon büdcəsi hesabına SVS. LTDMMC tərəfindən inşa olunur.

Tikintidə gündəlik 20 usta fəhlə, 10 ədəd texnika işləyir. İşin sürətlə gedişatını icraçısının nəzərinə çatdırdıqda Oruc Alıyev qeyd etdi ki,   tikinti materiallarının vaxtında lazımi həcmdə çatdırılması, havaların tikinti üçün əlverişli olması, əlbəttə, işin gedişatına təkan verir.

 

 

İnşaatçıların əmək haqlarının gecikdirilməməsi, gündüz qidalanma içtirahət üçün, eləcə gecələmək yerinin yaxında olması işin dinamikliyinə , keyfiyyətinə müsbət təsir edir. Ona görə brigadir Muxtar Həsənov, traktorçu Akif Fətullayev, sürücü Hidayət İbişov, qaldırıcı krançı Yaşar İmanov, ustalar Valeh Muradov, Zaur Novruzov digər inşaatçılar sürətlə işləməklə bərabər işin keyfiyyətinə məsuliyyətlə yanaşırlar.

Hələlik işlər nəzərdə tutulmuş qrafik üzrə gedir obyektin vaxtında təhvil veriləcəyinə şübhə yoxdur.

Cavid TAHİROV