Məhsulun təməlinə pay qatırlar

Qabaqcıl dünya təcrübəsindən, İntensiv texnologiyalardan, elmin nailiyyətlərindən yararlanmaqla inkişaf edən aqrar sahədə kənd təsərrüfatı texnikasının rolu günbəgün yüksəlir. Bu yöndə ölkəmizdə yaradılan aqrolizinq xidmətlərinin kifayət qədər payı vardır.

2006- ildə yaradılanAqrolizinqASCnin Qusar Rayon Aqroservis Filialı fermerlərdən qayğı köməyini əsirgəmir.

Qələcuq kəndinin yaxınlığında inşa olunmuş emalatxana, qaraj, talvar bokslardan, eləcə inzibati binadan ibarət yeni məntəqəyə köçən kollektiv məsafə baxımından da əlverişli məkanda yerləşdiyindən torpaq sahiblərinə xidməti günbəgün yüksəltməkdədir.

Mexanizatorlar mövsümü necə keçirirlər, kənd təsərrüfatı, xüsusilə taxılçılıq üçün çox da əlverişli keçməyən cari ildə hansı nəticələrə nail olublar?

 

Əməkdaşımızla söhbət edən filalın müdiri İzrat İzratov demişdir:

Mövsümə yazdamartda başlamışıq. Sahələrin məhsuldarlığını yüksəltmək üçün fermerlərimizə güzəştli qiymətlərlə 640 ton azot gübrəsi satmış, gübrənin 300 hektarda səpinini özümüz həyata keçirmişik.

Biçin kampaniyasına gəldikdə isə ona mayın sonlarında başladıq. Yəni bölgəmizdə taxıl gec yetişdiyindən öncə Neftçala Salyan rayonları əkinçilərinin xidmətində durduq. Bu rayonlarda 2500, sonradan öz rayonumuzda 1300 hektar zəminin taxılını biçməyə nail olduq.

Bu il taxıl sahələrində məhsuldarlıqla yanaşı, biçənəklərdə çıxış istənilən səviyyədə olmadı. Ötən il üç küləşpresləyicimizin hər biri 20 min tay presləmişdisə, bu il hərəyə cəmi 5 min tay düşüb.

Qarşıdan şum dövrü, yeni məhsul üçün payız əkini kampaniyası gəlir. Müəssisəmiz 137 ədəd müxtəlif kənd təsərrüfatı maşın mexanizminə sahibdir ki, bunların 15-i şum tarktorlarıdır. Çalışacağıq ki, bizə müraciət edən kənd əməkçilərinin tapşırıqlarını vaxtında keyfiyyətlə yerinə yetirməklə, qarşıdakı ilin bol məhsulunun təməlinin qoyulmasına layiqli pay qataq.             Saday, Vəfadar