Azər Həbib oğlu Rzayev

Qusar RİH başçısının Balaqusar Kənd İƏD üzrə nümayəndəsi

Azər Həbib oğlu Rzayev 1978-ci ildə Həsənqala kəndində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ixtisası üzrə bitirmişdir. Həqiqi hərbi xidmətdən sonra 2002-2004-cü illərdə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsində, “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin Xaçmaz Regional Enerji Satışı idarəsində, 2006-2007-ci illərdə Sumqayıtelektrikşəbəkə ASC-nin Xaçmaz Enerji Satışı Regional İdarəsində mühəndis, 2007-2010-cu illərdə bu idarənin Qusar Elektrik Şəbəkə rayonunda satış sahəsi üzrə rəis müavini vəzifəsində, 2011-2014-cü illərdə Azərenerji ASC Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC-nin satış şöbəsinin, 2014-cü illərdə istehlaka nəzarət şöbəsinin rəisi vəzifəsində, 2014-2016-cı illərdə Quba, Siyəzən Elektrik Şəbəkəsinin enerji satışı şöbələrinin rəisi, “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin rəisi vəzifələrində işləmişdir.

Azər Rzayev Qusar RİH başçısının 11 avqust 2017-cı il tarixli əmri ilə Qusar RİH başçısının Balaqusar Kənd İƏD üzrə nümayəndəsi təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, iki övlad atasıdır.