Altı turda altı qalib aşkarlandı

Qızlar və oğlanlar arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

Qusar Şahmat Mərkəzində 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunmuş məktəbli qızlar və oğlanlar arasında rayon birinciliyi keçirilmişdir.

İsveç sistemi üzrə 6 turdan ibarət yarışma A və B qrupları üzrə təşkil olunmuşdur. 12 nəfər idmançının qatıldığı A qrupunda I yeri Sinan Əsgərov, II yeri Rəşid Səfərov, III yeri Rafik Bazov tutmuşlar.

46 idmançının qatıldığı B qrupunda I yerə 6 xalla Nəbi Abdulov, II yerə 5 xalla Nəsimi Manafov, III yerə 4,5 xalla Nuray Abdulov sahib çıxmışlar.

Bir həftə sonra elə bu məkanda 14-35 yaşadək gənclər arasında rayon birinciliyi keçirilmişdir.

Yarışda 22 nəfər həvəskar şahmatçı öz qüvvəsini sınamışdır. İsveçrə sistemi üzrə 6 turdan ibarət zəka mübarizəsində I yerə 6 xaldan 5 xalı qazanan Əlixan Babayev, II yerə 4,5 xal qazanan Elşən Şabanov, 4,5 xal toplayan, amma əmsalda rəqibindən geridə qalan Orxan Ağaliyev III yerə imza atmağa nail olmuşlar.

Qaliblər Qusar Rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla təltif olunmuşlar.