Gəncədən gəlirik…iki medalla

Gəncədə yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Firudin Həsənovun xatirəsinə həsr olunmuş açıq şəhər birinciliyi keçirilmişdir.

Yarışda Bakı, Sumqayıt, Şəmkir, Mingəçevir, Göyçay, Lənkəran və başqa regionlardan olan 250 pəhləvan qüvvəsini sınayıb.

Rayonumuzun təmsilçilərindən biri- 69 kiloqram çəki dərəcəsində Nədür Balakişiyev (məşqçi Qafur Qafarov, Urva kənd orta məktəbi) bütün rəqiblərinə üstün gələrək çempion adını qazanmışdır (şəkildə sağda).

63 kiloqram çəki dərəcəsində Qirimxan Rəhimxanov (məşqçi Tehran Güləhmədov, Avaran kənd orta məktəbi) III yerdə qərarlaşmışdır.

Qaliblər medal və diplomlarla təltif olunmuşlar.

Qeyd etmək lazımdır ki, hər iki idmançı bu ilin oktyabrında keçiriləcək 2000-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyində iştirak edəcək.

Bu məsuliyyətli yarışda onlara müvəffəqiyyətlər arzulayaq.

Biz məşqçilər, valideylər və güləşçilər bu yarışlara qatılmaqda maddi cəhətdən kömək etmiş Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəsi Süvliddin İsgəndərova dərin təşəkkürümüzü bildiririk.    

Şəkərxan ƏLİSMANOV,

dünya çempionu, Əməkdar məşqçi