BƏYLƏR medal qazandı

Qusar məktəblisi karate üzrə Nabranda

keçirilən turnirdə qaliblər cərgəsində olub.

Nabran qəsəbəsində Milli Karate Federasiyası və Sali Süleyman adına “Xaçmaz Cəngavərləri” İdman Klubunun karate üzrə birinci açıq çempionatı keçirilmişdir.

Respublikanın müxtəlif şəhər və rayonlarından 100-ə yaxın idmançının qatıldığı yarışmada Qusarı 6-18 yaş qruplarında 10 nəfər karateçi təmsil etmişdir.

Olimpiya idman kompleksində güc, çeviklik, inadkarlıq tələb edən karate ilə cəmi 5 ay məşğul olan Qusar şəhər 3 saylı tam orta məktəbinin VI sinif şagirdi Bəylər Ağalarov bu yarışmada ilk uğurunu qazanmışdır.

Onun üçün birinci olan bu yarışdan Bəylər III yeri qazanaraq medal və diplomla qayıtmışdır.

Bəyləri təbrik edir, ona müvəffəqiyyətlər arzulayırıq!            

Nəzirə Babayeva