Şəhadətnamələr doğum evində verildi

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində on körpənin valideyninə övladının doğum şəhadətnaməsi təqdim olunmuşdur.

Qusar Rayon Qeydiyyat Şöbəsinin rəisi Adıgözəl Mövlanov bu təntənəli anı obyektivə alan əməkdaşımıza demişdir:

-Tədbirimiz çox gözəl bir təqvimə- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edir. Bütün analara, körpə balalarımıza günü-gündən çiçəklənən ölkəmizdə xoşbəxt və firavan gələcək arzulayıram. Ümidvaram ki, həyatlarının ilk dövlət sənədi onlara gələcək arzularını həyata keçirmək-attestat, şəxsiyyət vəsiqəsi, diplom almaq üçün istiqamətverici sənəd olacaqdır.

Arzu edirik bu sevinci bütün valideynlər yaşasınlar. Həm də bayramdan bayrama yox, adi günlərdə də.