Rafiq Vəli oğlu Kazımov, Qusar Rayon Məhkəməsinin hakimi

Kazımov Rafiq Vəli oğlu 1956-cı ildə Masallı rayonunda anadan olmuşdur. 1983-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. 1985-1987-ci illərdə Bakı Şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1987-1989-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində böyük məsləhətçi, 1989-cu ildən 2000-ci ilə qədər Bakı Şəhər 2 saylı Dövlət Notariat Kontorunda dövlət notariusu, 2000-2007-ci illərdə Lerik Rayon Məhkəməsinin hakimi, 2007-2016-cı illərdə Balakən Rayon Məhkəməsinin hakimi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, iki övladı var.