Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamları

Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında

Apellyasiya Şurasının tərkibi haqqında 

Qusar Rayon İcra Hakimiyyəti başçısının  S Ə R Ə N C A M I

 

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında Apellyasiya şuraların yaradılması və həmin şuraların nümunəvi əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3 fevral 2016-cı il tarixdə fərman imzalamışdır. Fərmandan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanı rəhbər tutaraq Qusar Rayon İcra Hakimiyyəti Başçısı yanında aşağıdakı tərkibdə Apellyasiya Şurası yaradılsın:

Şuranın sədri:

Şahid Fərəməzov-RİH başçısının birinci müavini.

Şuranın üzvləri:

Telman Kazımov-RİHB Aparatının Hüquq şöbəsinin müdiri.

Ənvər Balabəyov-RİHB-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.

Şahabbas Saruxanov-RİHB Aparatının Memarlıq vəTikinti şöbəsinin müdiri.

Elşad Əlimuradov-RİHB Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini.

Ema Tarıverdiyeva-RİHB Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi.

Nahid Arazov-RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi.

2. Apellyasiya şurasına tapşırılsın ki, əsasnaməyə uyğun olaraq iclasların vaxtı-vaxtında keçirilməsini və daxil olmuş şikayətlərin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etsin.

3. Apellyasiya şuranın sədrinə tapşırılsın ki, Şuranın cari fəaliyyətinin təmin edilməsi məqsədilə Katibliyin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı rayon icra Hakimiyyətinin başçısına təkliflərin verilməsini təmin etsin.

4. Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzova həvalə edilsin.

                                         Şair Alxasov,

Qusar Rayon İcra Hakimiyyətinin başçısı

         9 fevral 2016-cı il.

Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında

Apellyasiya Şurasının katibliyinin tərkibi haqqında

Qusar Rayon İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

  

Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli fərmanı ilə Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi Əsasnamə təsdiq edilmişdir.

Əsasnaməyə uyğun olaraq Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı Şuranın sədri tərəfindən rayon İcra Hakimiyyətinin başçısına təqdimat verilmişdir.

Qeyd edilənləri əsas tutaraq qərara alıram:

1.Yerli İcra Hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi əsasnamənin 4.4 maddəsinə əsasən Qusar rayon İHB yanında Apellyasiya Şurasının katibliyi aşağıdakı tərkibdə yaradılsın.

Katibliyin rəhbəri:

Mehri Fərzəliyeva-RİHB Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri.

Katibliyin üzvləri:

Əliyulla Nəcərov-RİHB Aparatının Hüquq şöbəsinin məsləhətçisi.           

Nailə Laçınova-RİHB Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi.

2. Apellyasiya Şurasının katibliyinə tapşırılsın ki, əsasnaməyə uyğun olaraq Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili ilə bağlı lazımı tədbirlərin görülməsini təmin etsin.

3. Sərəncamın icrasına nəzarət rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzova həvalə edilsin.

 Şair Alxasov,

Qusar Rayon İcra Hakimiyyətinin başçısı

11 fevral 2016-cı il.